Əsas səhifə / Manşet / Ədviyyatların dadını və ətrini qorumaq üçün qaydalar
Bizi mobildən daha sürətli  izləyin

Ədviyyatların dadını və ətrini qorumaq üçün qaydalar


'dviyyatların qoxusuvədadini qorumaq ücün qaydalar

Ədviyyatların ortalama ömrü 1 ildir. 1 illik rəf ömründə ədviyyata qoxu  verən yağ, zamanla tərkibindəki  toz qisimdən ayrılır və ədviyyatlarda dad pozulması ya da dad yox olması reallaşır.  Ədviyyatların istifadəyə yararsız olmasının qarşısını almaq, istifadə ömrünü uzatmaq üçün bir sıra məqamlara diqqət etmək lazımdır. Qadinklubu.com  həmin qaydaları sizlər üçün araşdırdı.

  • Ədviyyatların  ilk günkü təzəliyini qoruyub saxlamaq üçün mümkünsə üyüdülməmiş halda alıb saxlayın.
  • Üyüdülməmiş olsa belə ədviyyatları quru, sərin bir yerdə mühafizə etmək lazımdır.
  • Əgər üyüdülmüş almağı üstün tutursunuzsa, az miqdarda alın.
  • Aldığınız ədviyyatı aldığınız paketdə deyil, quru və təmiz şüşə qablarda saxlayın.
  • Ədviyyatları şüşə qaba tökdükdən sonra paketin üzərindəki tarixi qabın üzərində qeyd etməyi də unutmayın. Vaxtının bitdiyini səhv salmamaq üçün bu əhəmiyyətlidir.
  • Ədviyyat qabları günəş şüaları olmayan bir yerdə saxlanılmalıdır.
  • Qabların ağzını möhkəm bağlayaraq hava ilə təmasını əngəlləyin.
  • Müəyyən bir müddətdən sonra ədviyyatı təmiz parça üzərinə sərib bir qədər qurutduqdan sonra yenidən qaba doldurun. Bununla dibə çökmüş yağla qoxunun yenidən təmsaını təmin etmiş olacaqsınız.

Buna da baxın

İradə İbrahimova Azərbaycan yeməklərin bəyənmədi

Whatsapp ilə Paylaşİradə İbrahimova Azərbaycan yeməklərin bəyənmədi Müğənni İradə İbrahimova arıqlamağının sirrini açıqlayıb. “İncə+” verilişinin …