Əsas səhifə / Manşet / Əgər boyun tutulmanız varsa…
Bizi mobildən daha sürətli  izləyin

Əgər boyun tutulmanız varsa…

g

Boyun tutulması, hər kəsin ən az bir dəfə şikayət etdiyi haldır.

Boyun tutulması adətən səhər oyandıqdan sonra hiss edilir və insanın başını sağa ya da sola doğru çevirdiyi zaman ağrılar olur.

Qadınklubu.com boyun tutulmasına yaxşı təsir edən üsulları təqdim edir:

  • Boyun nahiyənizi soyuqdan qoruyun.

  • Yüngül bir şəkildə masaj etdirin. Əllərinizlə edəcəyiniz bir masajdan sonra isti bir dəsmalla əzələlərinizi ovxalayın

  • Həkiminizin məsləhət bildiyi əzələ boşaldıcı dərman istifadə edə bilərsiniz. Bu krem halında olarsa daha yaxşı təsir edəcək.

  • Boynunuza isti su torbası qoya bilərsiniz.

  • Boyunuzu hərəkət etdirəcək məşqləri yavaşca və diqqətlə edin.

  • Kompüter, televizor qarşısında oturarkən və ya kitab oxuyarkən boynunuzun arxasına yastıq qoyun.

  • Ani və sərt hərəkətlər etməkdən qaçın.