Əsas səhifə / Manşet / Əgər bu 5 əlamət sizdə də varsa, diyetinizi dayandırın
Bizi mobildən daha sürətli  izləyin

Əgər bu 5 əlamət sizdə də varsa, diyetinizi dayandırın

dayyyDiyet, bir müddət ac qalıb, sonra əvvəlki yemək vərdişinə qayıtmaqdan ibarət bir proqram deyil.  Diyet, sizə ömür boyu sağlam qidalanmaq vərdişi qazandırmalıdır. Əgər diyet proqramınız həyatınızı 180 dərəcə dəyişdiribsə, dostlarınızla bir masaya otura bilmir və aclıqdan əziyyət çəkirsinizsə, diyetinizi gözdən keçirməlisiniz.

Əgər özünüzü daim ac, halsız, əsəbi hiss edirsinizsə, bu yanlış diyetdə olduğunuzu göstərir. Qadinklubu.com olaraq diyetinizin yanlış olduğunu göstərən əlamətləri təqdim edirik.

Mədəniz quruldayır və daim ac hiss edirsinizsə

Diyetdə olmaq əlbəttə ki, asan iş deyil. Lakin bu, işgəncə çəkəcəyiniz anlamına gəlmir. Daim ac, quruldayan mədəylə gəzirsinizsə, bu, yetərincə kalori almadığınızı və ya yanlış yerdən kalori aldığınızı göstərir. Buna görə də, siz bol lifli, kalorisi aşağı olan və doyumlu qidalar qəbul etməlisiniz.

İdman eləmirsinizsə 

Doğru tərtib olunmuş bir qidalanma proqramı, sizi idman eləməyə təşviq eləməlidir. Çünki idmanla məşğul olmaq sağlam arıqlamaq üçün olduqca vacibdir. Sadəcə olaraq sürətli arıqlamağı vəd edən və sizi ac, halsız buraxan pəhrizlərdən uzaq durmalısınız.

İdman eləmək sadəcə arıqlamağınıza kömək etməklə qalmayacaq,  ürək xəstəliklərinə yoluxma riskinizi azaldacaq. Sümüklərinizin möhkəmlənməsinə, yuxu probleminə və ağrılara da yaxşı təsir göstərəcək. Xüsusilə səhər edilən idman hormanları balanslayır, depressiya riskini yox dərəcəsinə salır.

Həzm problemi yaşayırsınızsa

Əgər həzm probleminiz varsa, bu da yanlış pəhrizdə olduğunuzu göstərir. Doğru edilən bir diyet sizi qəbizlik və ishal problemləri ilə üz-üzə qoymamalıdır. Qeyd etdiyimiz kimi, çalışın lifli qidalar yeyin. Belə ki, qadınlar gün ərzində 25 qram, kişilər isə ən az 38 qram lif qəbul etməlidir.

Saç və dəri problemləri ilə qarşı-qarşıyasınızsa

Əgər saçlarınız tökülür və dərinizdə erkən yaşlanma əlaməti olan qırışlar, quruluq hiss edirsinizsə, bu yanlış diyetdə olduğunuzun əlamətidir. B12 vitamininin çatışmazllğı bu nəticəyə gətirib çıxarır. Dərinizin sağlam və gənc görünməsi üçün antioksidantlar və A,D,E cə C vitaminləri ilə bol olan qidalar qəbul etməlisiniz. Əgər diyet proqramınızda bu cür qidalar yoxdursa, bunu dayandırmalısınız.

İmmunitetiniz aşağı düşübsə

Əvvəlkindən daha tez yorulur, tez-tez xəstələnirsinizsə və gec sağalırsınızsa, bu da səhv pəhrizin nəticəsidir. Bu əlamətlər diyetinizi təcili surətdə dayandırmalı olduğunuzu göstərir. Çünki, doğru edilmiş bir diyet enerjinizi almamalıdır. Siz gündəlik həyatınızda daha aktiv olmalısınız.

Buna da baxın

Qanınızı təmizləyən cövhər

Whatsapp ilə Paylaş Damarların və qanın təmizlənməsi sağlamlıq üçün ən əsas şərtlərdən biridir. Nəzərə almaq …