Əsas səhifə / Əsas menu / Gözəllik / Əldəki ləkələr üçün təbii maska
Bizi mobildən daha sürətli  izləyin

Əldəki ləkələr üçün təbii maska

Əldəki ləkələr üçün təbii maska

Qadınlar əllərinin incəliyinə, zərifliliyinə ən az üzlərinə göstərdikləri diqqət qədər əhəmiyyət verərlər. Amma çox təəssüf ki, yaşla əlaqədar olaraq və ya digər başqa səbəblərdən əllərdə müşahidə edilən müxtəlif ləkələr, qırışıqlıqlar , quruluq qaçınılmaz olur. Yaşla əlaqədar olaraq əllərinizdə ləkələr meydana gəlirsə təbii üsullarla bundan yaxa qurtara bilərsiniz. Əvvəlcə əldəki ləkələrin qarşısını almaq üçün hər gün günəş şüalarından qoruyan kremlərlə əllərinizi kremləyin. Amma əgər artıq bu ləkələr əllərinizdə formalaşıbsa, bunun üçün qadınklubu.com-un təqdim etdiyi maska ilə bu ləkələrdən xilas olun.

1/4 stəkan qaynadılmış düyü
1/2 qaşıq aqava nektarı
1/2 qaşıq limon suyu

Bütün sadalanları blenderdən keçirin. Daha sonra əllərinizə masaj hərəkətləri ilə tətbiq edin. 2 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Müntəzəm olaraq hər gün bu maskadan istifadə edərək əllərinizdəki ləkələrdən qısa müddətdə xilas ola bilə, eyni zamanda əllərinizin qidalanmasına nail ola bilərsiniz.

Buna da baxın

Sızanaqlara qarşı maska

Whatsapp ilə Paylaş Tərkibi: 3 yemək qaşığı gil, 3-4 x/qaşığı su 3 damla limon suyu 3 …