Əsas səhifə / Əsas menu / Gözəllik / Əlləri nəmləndirən maskalar
Bizi mobildən daha sürətli  izləyin

Əlləri nəmləndirən maskalar

soyuq havalarda əllərinizin nəmini qoruyan maska

Soyuq qış aylarında  ən çox təsirə məruz qalan əllərdir. Gün ərzində yuyucu kimyəvi maddələrin təsirinə, eyni zaamnda da havanın təsiri ilə zədələnən əllərin qulluğa ehtiyacı vardır.odur ki, əllərin nəmini qoruması üçün gündəlik nəmləndirici və qidalandırıcı kremlərlə yanaşı həm də maskalarla əllərinizi nəmini qoruyun. Qadinklubu.com sizlərə 2 əl nəmləndirici maskaların  hazırlanması və tətbiqi qaydasını təqdim edir.

Tərkibi:

  • Yarım x/q şəkər tozu
  • 1 yemək qaşığı təbii zeytun yağı

Hazırlanması: Bir qabda və ya sadəcə ovucunuzda şəkərlə yağı həll edərək, əllərinizi masaj edin. 30 dəqiqə gözlətdikdən sonra durulayıb, nəmləndirici krem çəkin.

 Digər maska

Həm əl dərisini hamarlaşdırır, həm də ləkələr varsa, həmin ləkələri aradan qaldırır.

Tərkibi:

  • 2-3 çay qaşığı təzə sıxılmış limon suyu (hazır limon suyu istifadə etməyin)
  • 1 yemək qaşığı qida sodası
  • 1 yemək qaşığı bal

Hazırlanması və tətbiqi: Bir qabda sadalanan ərzaqları qarışdırın. Daha sonra əllərinizi yuduqdan sonra masaj hərəkətləri ilə hazırladığınız maskanı əllərinizə çəkin. 5-7 dəqiqə gözlətdikdən sonra durulayın. Əgər əllərinizi limon suyuna qarşı allergiyası olarsa, maskanı təkrarlamayın.

Buna da baxın

Kakaolu qurabiyə – Resept

Whatsapp ilə Paylaş Lazım olanlar: 150 qr yumşaq yağ 1 st şəkər tozu 1 x.q kakao …