Əsas səhifə / Əsas menu / Gözəllik / Əlləriniz quruyursa mütləq sınamalısınız
Bizi mobildən daha sürətli  izləyin

Əlləriniz quruyursa mütləq sınamalısınız

quruyan əllər üçün nəmləndirici losyon

Əlləriniz quruyur və nəmləndirici krem çəkməklə bunun qarşısını almaq mümkün deyilsə, demək əllərinizin daha çox qulluğa ehtiyacı vardır.

Bunun üçün evdə hazırlaya biləcəyiniz lasyondan istifadə edə bilərsiniz. Bu lasyon əllərinizə uzun müddətli nəmlik qazandırcaqdır. Hansı ki, olduqca asan və təbii losyonun hazırlanmasını Qadinklubu.com sizlərə təqdim edir.

Losyon üçün ehtiyacınız olan vəsaitlər:

2 yemək qaşığı arı  mumu
4 yemək qaşığı kokos yağı
1 yemək qaşığı Medoil zeytun yağı
Limon qabığı, darçın ya da qoxusunu sevdiyiniz bir uçucu yağ

Hazırlanması:

Kiçik metal qabda arı mumu və kokos yağını qarışdırın. Sonra bu qarışığı arı mumu əriyənə qədər mikrodalğalı sobaya qoyun. Əgər mikrodalğalı soba yoxdursa, arı mumu əriyənə qədər su hamamında qarışdırın. Arı mumu əridikdən sonra qarışığa  zeytun yağı, rəndələnilmiş limon qabığı, darçın, ya da ən sevdiyiniz uçucu yağdan bir neçə damla əlavə edin. Silikon qəlibə tökərək soyuducuya qoyun. 1 saat soyuducuda gözlədin. Hazırladığınız losyon küplərini xoş bir qutunun içinə qoya bilərsiniz. Quruyan əllərinizi və bədəninizin başqa yerlərini bu kublardan istifadə edərək masaj edin. İstifadədən sonra artıq qalan losyonu qabına qoyun. Çünki çöldə buraxsanız, olduğu yeni əriyərək nəmləndirə bilər.

Buna da baxın

Dırnaqlardakı ağ ləkələr nəyin xəbərçisidir

Whatsapp ilə PaylaşDırnaqlardakı ağ ləkələr bir çox problemlərdən bizi xəbərdar edir. Bu ağ ləkələr əslində …