Əsas səhifə / Əsas menu / Ailə / Ən çox söylənilən 10 yalan
Bizi mobildən daha sürətli  izləyin

Ən çox söylənilən 10 yalan

ən çox söylənən yalanlar

İngiltərədə 2 min adam arasında aparılan araşdırmada insanların  gündə orta hesabla  6, qadınlarınsa 3 yalan söylədikləri müəyyənləşdi. Kişilər sırasıyla ilk olaraq sevgililərinə, daha sonra müdirlərinə və iş yoldaşlarına yalan söyləyir. Və kişilərin biz qadınlara söylədiyi fiziki yalanlar da ən çox deyilən yalanlar siyahısına girməyi bacarmış!

İnsanlar ən  çox “heç nə olmuyub, mən yaxşıyam” yalanından istifadə edirlərmiş. Qadınların da ən çox söylədiyi yalanların ilk sırasında eynisi gəlir. Bir çox yalanların görə bilmədiyimizi və yalanı anlamadığımızı isə bu mövzunun mütəxəssisi Richard Newman ifadə edir. Newman’a görə yalan deyilən zaman gözlərin qaçırılması həqiqəti artıq günümüzdə əsaslı  deyil. Çünki yalançılar belə  təkmilləşərək, yalan danışanda gözlərini qaçırmır, əksinə qarşısındakının ona inanıb-inanmadığını anlamaq üçün gözlərinin işinə baxırlar.

Aparılan araşdırmanın nəticələrini qadinklubu.com sizlərlə də paylaşır.

Məşhur kişi yalanları

1- Heç nə olmuyub, mən yaxşıyam.

2- Bu son qədəh.

3- Göbəyin heç də o qədər böyük deyil.

4- Heç bir fikrim yoxdur.

5- Batareyası bitdi.

6- Bağışla eşitməmişəm.

7- Bu qədər içməyəcəkdim.

8- Öz yolumda gedirəm

9- O qədər da bahalı deyil.

10-Tıxacda qaldıq.

Məşhur qadın yalanları

1- Heç nə olmuyub, mən yaxşıyam.

2- Bu yeni bir şey deyil ki, illərdir edirəm.

3- O qədər da bahalı deyil.

4- Endirimdəydi.

5- Öz yolumda gedirəm.

6- Bilmirəm hardadır, toxunmadım  belə.

7- Bu qədər içməyəcəkdim

8- Başım ağrıyır.

9- Xeyr, onu mən atmadım.

10-Bağışla zəng etdiyini eşitməmişəm.