Əsas səhifə / Əsas menu / Dəb / Ən dəbli sviterlər – fotolar
Bizi mobildən daha sürətli  izləyin

Ən dəbli sviterlər – fotolar

Ən dəbli sviterlər – fotolar

Qış yavaş-yavaş gəlir və bu ayla birlikdə qışlıq alış-verişinə qalın bol kəsimli sviterləri də əlavə etməyə başlaya bilərsiniz. Qış mövsümünün ən çox ehtiyac duyulan paltarı yəqin ki, qalın sviterlərdir. Bol kəsimli sviterlər soyuq havadan bizi qoruyan ən sevimli geyim əşyasıdır. Son dəb axınlarını nəzərə alsaq, bu qış uzun və bol kəsimli sviterlərin trend olacağını deyə bilərik.

Qışlıq sviterləri mini ətəklər, dar şalvarlar və lasinlərlə geymək mümkündür. Uzunboğaz çəkmələr və böyük çantalarla daha gözəçarpacaq bir obraza bürünmüş olarsınız.

Sviterlərdə yenə klassik qış rənglərinin istifadə edildiyini görə bilərsiniz. Qara, boz, qəhvəyi tonları kimi rənglər daha asan və hər yerə uyğun gələn obrazlar üçün istifadə edilə bilər.

Bol kəsimli sviterlər geniş və bəzən də uzun olduqları üçün dar şalvarlar ilə birləşdirildiyi zaman ortaya gözəl mənzərələr çıxır. Bol sivterlər “boyfriend” şalvar və ya enli balaq şalvarlarla geyinildiyi zaman da çox gözəl görünürlər. Adətən gənc qızların üstünlük verdiyi bol sviterlər dar cinslərlə də gözəl qalır. Bu köynəkləri ətəklə geyinmək istəyirsinizsə, ətəklərin qısa olmasına diqqət edin. Eyni zamanda, qısa, dəri və klyoş ətəklər üçün də ən uyğun məhsullardır.

Bol kəsimli sviterlərin necə istifadə ediləcəyi ilə bağlı nümunələri aşağıda görə bilərsiniz.
[nggallery id=895]


1413449428

Buna da baxın

Stil sahibi olmaq üçün 5 qayda

Whatsapp ilə Paylaş Özünüzə yaraşan rəngləri seçin Hər kəsə yaraşan rənglər var və bu rənglər …