Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Ən dadlı və faydalı şərbət
Bizi mobildən daha sürətli  izləyin

Ən dadlı və faydalı şərbət

iop

Ən dadlı və faydalı şərbət

İsti yay günlərində ətirli soyuq şərbət susuzluğu çox yaxşı yatırdır, sərinləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Belə şərbət həmçinin çox faydalıdır. Şərqdə qədim zamanlardan növbənöv şərbətlər hazırlanır. Ən dadlı və faydalı şərbətlərdən biri limon şərbətidir.

Lazım olan məhsullar:

– 2 ədəd limon (mütləq yerli limon olmalıdır. “Xarici” limonların üzərinə uzun müddət ərzində saxlanılması üçün “mum” çəkilir, bu mum isə ziyanlıdır.),

– 1/3 stəkan şəkər tozu (zövqə görə artırmaq olar, lakin şərbət çox şirin olmamalıdır, əks halda belə şərbət əksinə susuzluğu artıracaq),

– 1 l su,

– 1 çay qaşığı gül şirəsi,

– 0,1 qr zəfəran.

Hazırlanması:

1. Su və şəkər tozundan şirə bişirilir.

2. Limon soyulur.

3. Zəfəran az miqdarda qaynar suda dəmlənilir.

4. Limon qabıqları şirəyə tökülür, 2-3 dəqiqə vam odda qaynadılır.

5. Limon şirəsi sıxılır və bir qədər soyudulmuş şərbətə əlavə olunur, yaxşı qarışdırılır.

5. Daha sonra şərbətə qızıl gül şirəsi və zəfəran suyu əlavə olunur və yenə də yaxşı qarışdırılır.

6. Hazır şərbət soyuducuya qoyulur.

Nuş olsun!


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …