Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ən yaxşı təbii diş məcunları – Reseptlər
Bizi mobildən daha sürətli  izləyin

Ən yaxşı təbii diş məcunları – Reseptlər

Pendir diş çürüməsini əngəlləyirƏn yaxşı təbii diş məcunları – reseptlər

Hər şeyin təbiisinin daha gözəl və sağlıqlı olduğu hamıya məlumdur.

Sizə keyfiyyətli təbii diş məcunlarının reseptlərini təqdim edirik. Bu diş məcunları dişlərinizin möhkəm olmasını və ağlığını təmin edəcək.

Diş məcunun təbii yolla hazırlamaq üçün faydalı məsləhətlər:

Qərənfil diş ağrısını sakitləşdirir;

Adaçayından damaq qanamaları zamanı istifadə edirlər;

Çayağacı dişləri ağardır və damaq iltihabından azad edir;

Acı nanə iltihabı götürür;

Kəklikotu antibakterial xüsusiyyətlərə malikdir;

Rozmarin qan dövranını yaxşılaşdırır.

Hazırlanması: Qida sodasını kompanentə həftədə 1 dəfə qarışdırmaq məsləhətdir. Həftənin qalan günlərini dişləri sodasız yuyun. Bu qarışığın ağzı bağlı qabda saxlanılması məsləhətdir.

Resept 1:

Bir çimdik toz razyana,

1/3 ç.q darçın,

qida sodası 2 ç.q

çay ağacı yağı – 4 damcı

bir çimdik üyüdülmüş dəniz duzu

kakos yağı -1ç.q.

Hazırlanması: 1. Kakos yağından başqa bütün komponentlər qarışdırılır. 2. Kakos yağını hər istifadə etdikdə əlavə edin.

Resept 2:

İnqrediyentlər:

60 qram ağ gil

2-3 damcı adaçayı yağı

2-3 damcı çobanyastığı yağı

1 ç.q bal

5-8 damcı propolis məhlulu (aptekdə satılır)

Hazırlanması: 1. Qatı məhlul alınana kimi gillə su qatılır. 2. Bal, propolis və yağlar əlavə olunur. 3. Yaxşı qarışdırılır.

Bu məcun diş ərpini təmizləyir, nəfəsi təzələyir, həmçinin dişləri ağardır yaxşı ağardır.

Resept 3

İnqrediyentlər:

½ ç.q üyüdülmüş

dəniz duzu ½ ç.q

qətran tozu 2 ç.q

qida sodası

3-4 nanə yarpağı

½ ç.q ağ gil

2 ç.q qliserin

6-8 damcı efir yağı (limon, rozmarin, portağal ola bilər)

Hazırlanması: 1. Bunları yaxşı-yaxşı qarışdırın.

Resept 4

İnqrediyentlər:

Ağac külü.

Hazırlanması: 1. Ağac külünü diş məcunu ilə qat. Külün tərkibində hidroksid kalium və ağardıcı var. 2. Bu vasitə ilə həftədə bir dəfədən çox olmayaraq dişləri təmizləmək olar.

Resepti № 5 İnqrediyentlər: Badımcan.

Hazırlanması: 1.Nazik doqranmış badımcanı qaralana kimi sobada saxla. 2. Sonra fırçaya batırıb 2 dəqiqə dişləri fırçala. Bu toz dişləri ağardır, həm də onları möhkəmləndirir.


Buna da baxın

Mədə göynəltisinin qarşısını alan qidalar

Whatsapp ilə PaylaşMədə göynəltisinin qarşısını alan qidalar Greyfurt, şokolad, qəhvə, alkoqol və yağlı qidalar ağrıların …