Əsas səhifə / Manşet / Ərik necə qurudulur?
Bizi mobildən daha sürətli  izləyin

Ərik necə qurudulur?

as

Ərik bir çox bölgələrdə yetişir. Əriyin yağı, qurusu, marmeladı, mürəbbəsi və meyvə suyu olmaq üzrə müxtəlif istehsal formaları var.

 

Ərik və qurusu isə pəhrizlərdə ara pay olaraq tövsiyə edilir. Bəs ərik necə qurudulur və faydaları nədir?

 

– A vitamini və kalium mineralı baxımından olduqca zəngin olan quru ərik yeməkdən əvvəl 2-3 dənə yeyilə bilər. Bununla həzmsizliyin qarşısını alarsınız.

 

– Sümükləri qüvvətləndirdiyi üçün uşaqlarda raxit müalicəsində istifadə edilə bilər.

 

– Dəriyə olduqca faydalıdır. Qıcıqlanma və ya yanıqlara qarşı ərik yağı da istifadə edilə bilər.

 

Ərik qurutmaq üçün…

 

Əvvəlcə əriklər yaxşıca yuyulur. Sonra eyvanda bir yerə təmiz parça sərin. Ərikləri üzərinə düzn və qurumuğa qoyun. Əriklərin bir-birinin üstündə olmamasına fikir verin. 2-3 gün günəşdə qalması kifayətdir. Növbəti mərhələdə dənələrini çıxarın. Bunun üçün əriyin bir tərəfindən dənəni sıxın ki, digər tərəfdən asanlıqla çıxsın. Dənələri çıxmış ərikləri yenidən günəş altında saxlayın.

 

Əriklər kifayət qədər qurumazsa, yumşaq qalarlar, çox qurudularsa, ləzzətləri itər. Bu səbəbdə də qurutma müddəti əhəmiyyətlidir. Bundan başqa, qurudulmuş əriklərin uzun müddət qalması üçün onları qabda saxlayın.//lent.az