Əsas səhifə / Manşet / Əsəblərimizi tənzimləmək üçün nə etməliyik?
Bizi mobildən daha sürətli  izləyin

Əsəblərimizi tənzimləmək üçün nə etməliyik?

offfffff

Əsəb tamamilə insani, normal, təbii bir duyğudur. Bu hiss o zaman zərərli hala gəlir ki, biz duyğularımızı idarə edə bilmirik. Florida Universitetinin professoru  Dr. Charles Spielbergerin sözlərinə görə, əsəb, üzdə hiss olunmayan həqiqi duyğuların üst-üstə yığılması nəticəsində ortaya çıxan bir partlama şəklində olur. Spielberger bildirib ki, əsəb də, digər duyğular kimi orqanizmdə fizioloji dəyişikliklərə yol açır. Bunun nəticəsidir ki, əsəbləşdiyimiz zaman ürək döyüntülərimiz artır, təzyiqimiz qalxır, adrenalin və noradrenalin kimi hormonlarımız kəskin şəkildə artır.

Türkiyəli psixoloq  Mehmet Başkak isə orqanizmdə fiziki bir reaksiyanı tətikləyən əsəb duyğusunun, hətta bizə faydalı olduğunu deyib. Bu reaksiya “Savaş, ya da qaç” reaksiyası ilə ortaya çıxır və adətən stress yaşadığımızda, özümüzü təhdid altında hiss etdiyimizdə və s. yaranır. Vücudumuzda adrenalin artır, gərginlik yaranır və biz qarşılaşdığımız hadisədən ya qaçırıq, ya da onunla savaşmağa qərar veririk. Problem ondan ibarətdir ki, savaşmaq və ya qaçmaq o an üçün ən uyğun seçimlər olmaya bilər. Bu zaman bir çox insanlar özünə qarşı idarəetməni itirir.

Lakin biz icazə verməməliyik ki, əsəb bizi idarə etsin, əksinə, biz əsəbi idarə etməliyik.

Qadinklubu.com əsəbləri idarə etməyin yollarını təqdim edir:

  1. Əsəbin hansı düşüncəylə artdığını və ya azaldığını müəyyən edin.
  2. “Heç vaxt”, “Hər zaman” kimi ifadələrlə başlayan cümlələr qurmamağa çalışın. Bu cümlələr sizə hər zaman haklı olduğunuzu düşündürəcək. Bu isə, doğru deyil.
  3. Sakitləşməyə çalışın, ağlınıza gələn ilk sözü söyləməyin. İcazə verin qarşıdakı da danışsın. Bəlkə bu zaman əsəbləşməyin əsassız olduğunu görəcəksiniz.
  4. Mümkün qədər mühitdən uzaqlaşmağa çalışın. İcazə verin ki, sizin də, qarşı tərəfin də əsəbləri sakitləşsin.
  5. Dərindən nəfəs alın. Sizi sakitləşdirəcək şeyləri düşünün.

Unudulmamalıdır ki, əsəb duyğusunu heç vaxt tamamilə ləğv edə bilmərik. Çünki əsəbləşdirən durumlar mütləq ki, hər zaman olacaq. Lakin hadisələrə baxış tərzini dəyişdirmək ki, öz əlinmizdədir…

 

Buna da baxın

Sızanaqları yox edən təbii maska

Whatsapp ilə Paylaş Yağlı dəri, nizamsızsız qidalanmaq, səhv dəri məhsulları istifadəsi və stressin təsiriylə cilddə …