Əsas səhifə / Əsas menu / Gözəllik / Əsla makiyajlı yatmayın!
Bizi mobildən daha sürətli  izləyin

Əsla makiyajlı yatmayın!

Əsla makiyajlı yatmayın!

mak

Makyajımızı çox vaxt yorğunluqdan, ya da tənbəllikdən təmizləmədən eləcə yatarıq. Lakin nəzərə alınmalıdır ki, dəri ancaq gecələr özünü təzələyir. Makiyajla yatmaq isə dərinin təzələnmə prosesi üçün olduqca zərərlidir. Makiyaj sadəcə dərinin təzələnməsinə mane olmur, həm də dəriyə mənfi təsir göstərir.

Mənfi təsirlərdən bir neçəsi:

Tonlaşdırıcı krem

Tonlaşdırıcı krem dərini tamamilə örtdüyü üçün dəri məsamələrinin havasız qalmasına səbəb olur. Tonlaşdırıcı krem dəridə maksimum 6 saat qalmalıdır. Əks halda havadakı bakteriyaları və tozu toplamağa, mikroorqanizmlərin dəri üzərində törəməsinə səbəb olur. Nəticə olaraq da dəridə sızanaq meydana gəlir və qara nöqtələr artır. Xüsusilə gecə yatmazdan əvvəl üz təmizlənməli, ya da dəri təmizləyən sabunla isti su ilə yuyulmalıdır.

Dodaq boyası

Dodaq boyası ən cazibədar makiyaj vasitələrindəndir. Lakin doğru bir formada təmizlənməzsə, dodaqlarda çatlamalara və qurumalara səbəb olur və əksinə çox da xoşa gəlməyən bir görünüşə yol açır. Dodaqlarınızı nəmli bir bez ilə silib nəmləndirici dodaq kremi tətbiq edin, ya da zeytun yağı ilə təmizləyin.

Tuj

Tuj can alan baxışların təməlidir və gözlərinizi çox gözəl göstərə bilər. Lakin tuj tərkibinə görə ən sürətli bakteriya yığan makiyaj vasitələrinin başında gəlir. Əgər kipriklərinizin tökülməsini istəmirsinizsə, yatarkən mütləq təmizləməlisiniz. Çünki makiyajınızı silmədiyiniz təqdirdə kirpik dibləri tutulur, bakteriya inkişafı göz ətrafınızın istiliyi ilə artır. Göz qapaqlarında və ətrafında şişlər və göz içində qanlar əmələ gələ bilər.

Saç spreyi

Saçınızın formasını qorumaq üçün saç spreyindən istifadə edirsiz və saçlarınızı yumadan yatırsınızsa, ən azından yuxarıda da qeyd etdiyim kimi özünüzə zərər verirsiniz. Çünki saç spreyləri saçı qurudur. Xüsusilə də saçlarınız onsuz da qurudursa, vaxt keçdikcə saçda problemlər əmələ gəlir. Əgər spreyi saç diblərinə tətbiq edirsinizsə, saç diblərinin havasız qalmasına və saçlarınızın tökülməsinə səbəb olar. Bu səbəblə yatmadan əvvəl mütləq saçlarınızı yumalısınız.

Buna da baxın

Kişilər seksdən sonra niyə yuxulayır?

Whatsapp ilə Paylaş Partneriniz cinsi əlaqədən sonra gözlərini açıq tutmaqda çətinlik çəkir və yuxuya gedirsə …