Əsas səhifə / Əsas menu / Dəb / Ətəklərinizi düzgün seçin
Bizi mobildən daha sürətli  izləyin

Ətəklərinizi düzgün seçin

1

Ətəklərinizi düzgün seçin

Yanlış ətək seçimi sizi olduğunuzdan kök ya da qısa göstərə bilər. Yaxşı, bəs onda düzgün ətəyi necə seçmək olar ? Məsləhətlərimizi diqqətlə oxuyun.

Arıq qadınlar üçün …

Arıq bir qadınsınızsa seçəcəyiniz mini ətəklər ayaqlarınızın ön plana çıxmasını təmin edər. Əgər boyunuz qısadırsa, dizinizin təxminən bir qarış üstündə olan bir model seçməlisiniz.

Əgər boyunuz uzundursa, seçəcəyiniz qısa ətək sizə problem yarada bilər. Uzun ayaqlara sahib olduğunuz üçün geyindiyiniz mini ətək üzərinizdə çox daha qısa qalar. Bu səbəblə seçiminizdə diqqətli olun.

Kök qadınlar üçün …

Həm kök həm də qısa boylusunuzsa diz qapağınızın dərhal üzərində bitən modellər sizin üçün uyğundur. Ətəyinizi çox uzun seçməyin, çünki bu seçiminiz sizi olduğunuzdan da qısa göstərə bilər. Əlavə olaraq qabarıq ətəklərdən uzaq olmağınızda faydalıdır.

Uzun boylu və kök bir qadınsınızsa uzun, ayaq biləklərinizdə bitən ətəklər geyinə bilərsiniz. Dar modellərdən istfadə etməməyinizdə fayda var.

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …