Əsas səhifə / Manşet / Ət xörəkləri üçün soğan qarniri – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Ət xörəkləri üçün soğan qarniri – FOTO

qarnie

Sizə ət xörəkləri üçün soğan qarnirinin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

6 qırmızı soğan
15 q duz
7 q təzə kəkotu
90 q kərə yağı

Hazırlanması:

Çalışın, soğanlar eyni ölçüdə olsun.

Soğanları təmizləyin, hər birinin altını düz kəsin (sinidə rahat oturması üçün).

Şəkildə gördüyünüz qaydada kəsin (bıçağı dibinə 1,5 sm qalmış saxlayın).

Kəkotu və duzu həvəngdə döyün, otaq temperaturunda olan yağla qarışdırın.

Soğanın kəsiklərini ehtiyatla aralayaraq bu yağı içinə doldurun.

Keramik sini götürüb dibinə dəniz duzu səpin.

Sobanı 220 dərəcə qızdırın, soğanları 30-35 dəqiqə bişirin.

Nuş olsun!

1

2

3

 

4

5 6
7 8 9

Buna da baxın

Tərəvəzli toyuq resepti

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd kartof 1 su stəkanı noxud (konservləşdirilmişdirsə, yuyub suyunu süzmək kifayətdir) …