Əsas səhifə / Manşet / “Əti əvəz edən” ərzaqlar
Bizi mobildən daha sürətli  izləyin

“Əti əvəz edən” ərzaqlar

h

İspanaq

İspanağın tərkibində insan orqanizminin hüceyrə quruluşu üçün çox vacib olan zülal vardır. O yağlar karbohidrat və orqanik yağ turşuları ilə çox zəngindir.

Tərkibində selülloz, nişasta, A, C, E, K, PP vitmaminləri, demək olar ki, bütün B qrupu vitmaminləri və beta-kerotin vardır. İspanaqda qanın laxtalanmasına kömək olan K vitamini vardır. O, kalsinin sümüklərdə qorunub saxlanılmasına kömək edir. Tərkibində bir çox mikroelemtlər: maqniy və selen, kalsiy və sink, kaliy və fosfor, dəmir və mis, marqans və natri də vardır. O, orqanizmi müxtəlif qidalı maddələrlə təmin edərək, ziyanlı toksinlərdən və şlaklardan təmizləyir.

Tərkibində olan yüksək dəmir konsentrasiyasına görə, qanda hemoqlobini aktivləşdirərək, hüceyrələri oksigenlə təmin edir, maddələr mübadiləsinin yaxşılaşdırır və orqanizmin enerji istehsalını təmin edir. Mədəaltı vəzə stimullaşdırıcı təsir göstərir və bağırsağın işini yaxşılaşdırır. Bədənin immunitetini artırır və bədənə qüvvət verir. Qanda xolesterinin miqdarını azaldır. Şorba, salat, qarışıq şirələrdə istifadə olunur.

Brokkoli

Brokkoli əhvalı yüksəldən maddələrlə, В6, amin turşuları, sellülozla və bir çox vitaminlərlə zəngindir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Brokkoli vitaminlərin və mineralların, xüsusilə də kaliumun, folio turşusunun, dəmirin, beta karotinin və kükürd birləşmələrinin zəngin mənbəyidir. O həm də antioksidant xassələrinə görə tərəvəzlər arasında birincidir. Brokkoli yeməklə biz immun-müdafiə sistemimizi aktivləşdiririk, anemiyanın, qara ciyər xəstəliklərinin, xərçəng xəstəliyinin qarşısını alırıq.

Bunlardan başqa, brokkoli həm də qocalma proseslərini ləngidir.

Badam

İnsanı kökəldir, beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir.

Badam yağı həm də it dişləməsinə qarşı, mədə ağrısı və sinəyə, quru öskürəyə qarşı xeyirlidir. Acı badamı bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağı qulaq ağrısını kəsir. Badam qanda xolesterinin miqdarını azaltmaq xüsusiyyətinə malikdir. Böyümə, inkişaf üçün lazım olan vitaminlərlə zəngin badam yağı immuniteti gücləndirir, dad və iybilmə qabiliyyətini artırır.

Buna da baxın

Şokolad topları

Whatsapp ilə Paylaş Qadinklubu.com sizə ləzzətlə yeyəcəyiniz desertlərdən, şokolad toplarının necə hazırlandığını təqdim edir. Ləvazimatlar …