Əsas səhifə / Manşet / Ətir qoxusunu uzun müddət saxlamaq üçün 10 qayda
Bizi mobildən daha sürətli  izləyin

Ətir qoxusunu uzun müddət saxlamaq üçün 10 qayda

l

Ətirlər nə qədər gözəl qoxuya malik olsalar da, təəssüf ki, bəziləri qısa müddətliliyi ilə problem yaradır.

Vurulan ətrin daha uzun müddət öz təsirini saxlaması üçün siz də praktik üsullar axtarırsınızsa, elə isə Qadınklubu.com-un təqdim etdiyi yazı sizlər üçündür.

• Ətirlərinizi, isti və ya rütubətli yerlərdə saxlamayın. Bu kimi mühafizə ətirlərin keyfiyyətinə ziyan verir.

• Biləklərinizə ətir vurmamışdan əvvəl, həmin nahiyyəyə vazelin çəkin. Krem quru dəriyə nisbətən ətirin daha uzun müddət qalmasını təmin edəcəkdir.

• Əgər dəriniz qurudursa, ətirdən əvvəl ətirsiz bədən lasyonundan istifadə etməyi unutmayın.

• Ətiri duşdan sonra və geyinməmişdən əvvəl istifadə edin. Belə olan halda, bədəndəki nəm ətiri daha uzun müddət saxlayacaq və geyimlərinizdə istənməyən ləkələrin yaranmasına səbəb olmayacaqdır.

• Ətiri biləklərinizə vurduqdan sonra, biləklərinizi bir-birinə sürtməyin. Belə olan halda ətir daha az təsirini saxlayır.

• Ətiri nəbzə yaxın nahiyyələrə vurun. Məsələn, biləklər, boyun, dirsək və dizlərinizin arxa hissəsi ya da topuqlarınız ola bilər. Amma bir dəfəyə bütün nahiyyələrə tətbiq etməyin. Bir-iki nahiyyə kifayətdir.

• Xəfif qoxu əldə etmək istəyirsinizsə, onda ətiri hava püskürdün və sonra həmin istiqamətə gedin. Beləliklə ətir üzərinizə hopacaq və xəfif bir qoxu əldə edəcəksiniz.

• Tərkibində spirt olan ətri birbaşa saça vurmaq, saçlarınızı qurudacaq. Yaxşısı daraqa vuraraq saçlarınızı darayın.

• Sona qalan ətir damlalarını ətirsiz lasyona əlavə edərək dəyərləndirə bilərsiniz.

• Ətirinizi yanınızda gəzdirməkdənsə, qulaq çubuqlarına bir miqdar ətir vurub salafanla bağlı halda gəzdirin. İstədiyiniz vaxt ətrinizi yeniləyə bilərsiniz.