Əsas səhifə / Əsas menu / Praktika / Ətirlərinizi daha qalıcı edən 10 üsul
Bizi mobildən daha sürətli  izləyin

Ətirlərinizi daha qalıcı edən 10 üsul

1428565281_0

Ətirlərinizi daha qalıcı edən 10 üsul

İstifadə etdiyiniz ətrin gün boyunca qalıcılığını davam etdirmək istəyirsinizsə, sadalayacağımız 10 üsulu tətbiq edin.

1. Ətrinizi hamam və ya bu cür isti və buxarlı yerdə saxlamayın. Bu, ətrin keyfiyyətini azaldır.

2. Ətri biləyinizə çəkmədən öncə vazelin çəkin. Krem ətri daha uzun müddət içində həbs edəcək.

3. Əgər dəriniz qurudursa, ətirdən öncə iysiz bədən losyonundan istifadə edə bilərsiniz.

4. Ətri hamamdan həmən sonra və geyinmədən həmən öncə çəkin. Beləcə bədəninizdəki nəm, ətri özündə tutuacaq, həm də paltarlarınızda ləkə, iz buraxmayacaq.

5. Ətrinizi vurduqdan sonra biləklərinizi bir-birinə sürtməyin. Sürtdüyünüzdə tam əksinə ətrin daha tez uçmasına səbəb olacaqsınız.

6. Ətri bədəninizin nəbzinizi hiss edə bildiyiniz bölgələrinə tətbiq edin. Bu, boynunuz, biləkləriniz, dirsək içi və çölləri, dizlərinizin arxası ya da ayaq biləkləriniz ola bilər. Lakin, bir səfərdə bunların bir neçəsindən istifadə edin.

7. Daha yüngül bir ətir istəyirsinizdə ətri havaya vurun və yavaşca içinə doğru yeriyin. Beləliklə, çox ağır ətir gəlməyəcək.

8. Alkoqol tərkibli ətirləri birbaşa saçınıza vurmayın, bu, saçınızı qurudacaqdır. Buna görə də ətri darağınıza vurun və saçınızı darayın.

9. Son qalan damlaları ətirsiz losyonunuza əlavə edin. Bununla bədxərcliliyə yol vermiyəcəksiniz.

10. Yanınızda ətrin qutusunu daşımaq istəmirsinizsə, ətrinizi qulaq çubuqlarına vurun və onları plastik salafana yerləşdirin. Gün içərisində bu çubuqlar vasitəsilə ətrinizi yeniləyə bilərsiniz.

Buna da baxın

Dırnaq boyalarınız daha qalıcı olsun

Whatsapp ilə Paylaş Dırnaq boyası çəkməyi sevirsiniz, lakin gün içərisində əlləriniz davamlı su ilə və …