Əsas səhifə / Manşet / Ətli Blinçik
Bizi mobildən daha sürətli  izləyin

Ətli Blinçik

Tərkibi:

Blinçik üçün:

-2 yumurta
-1 xörək qaşığı şəkər tozu
-bir çimdik duz
-2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
-1 -1/5 stəkan un
-2 xörək qaşığı duru yağ

İçlik üçün:

-500 q çəkilmiş mal əti
-1 ədəd orta boy soğan
-duz
-istiot
-qızartmaq üçün duru yağ

Hazırlanması:

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.

step1

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün.

wrapping

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin.

etli-blincik-300x214

Nuş Olsun!