Əsas səhifə / Manşet / Ətli piroq
Bizi mobildən daha sürətli  izləyin

Ətli piroq

Tərkibi:

  • 200 qr un
  • 80 qr yağ
  • 2 ədəd kartof
  • 500 qr ət qiyməsi
  • 300 qr pomidor
  • 70 qr pendir
  • 1 ədəd soğan
  • duz və istiot zövqə görə

Hazırlanması:

Kartofun qabığını soyduqdan sonra qaynadın. Bişdikdən sonra suyunu süzüb əzərək püre hazırlayın. Kərə yağını əlavə edib bir az daha əzin. Üzərinə un və duz əlavə edərək yumşaq xəmir əldə edənə qədər yoğurun. Duru yağda incə doğradığınız soğanı qızılı rəng olana qədər qızardın. Əti əlavə edib qovurun. Ətin bişməyinə az qalmış duz və istiot əlavə edin. Xəmiri sini ölçüsünə uyğun yayın. Sinini duru yağla bir az yağladıqdan sonra lavaşı siniyə yayın. Xəmiri sininin kənarlarına çəngəl vasitəsilə yapışdırın. Mərkəzinə qovrulmuş qiyməni əlavə edib, üzərinə doğradığınız pomidorları düzün. Sonda isə sürtgəcdən keçirilmiş pendiri səpin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 40 dəqiqə bişirin. Piroq yarım saat soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Bir şərh

  1. Pingback: » Ətli piroq