Əsas səhifə / Əsas menu / Gözəllik / Əvvəl gözlərinizi tanıyın, sonra makiyaj edin
Bizi mobildən daha sürətli  izləyin

Əvvəl gözlərinizi tanıyın, sonra makiyaj edin

 

gozunu-tani-makyaji-yapalim63ad0a3477e5d238baaf

Cazibədar bir göz makiyajı üçün əvvəlcə gözlərinizi tanımalısınız. Ona görə də Qadinklubu.com-un verdiyi bu məsləhətləri diqqətlə oxuyun.

KİÇİK GÖZLƏR:

Öncə gözləriniz açıq vəziyyətdə göz tenini tətbiq edin. Sonra gözlərinizi bağlayın və qalan boşluqları doldurun. Göz diblərində açıq, göz qapaqlarınızın xarici tərəfində isə daha tünd bir rəng istifadə etməyə çalışın.

Göz tenini fırça ilə bir qədər azaldın. Sonra göz qələmi ilə kirpik diblərinizin qalın yerinə incə bir xətt çəkin.

BİR-BİRİNƏ YAXIN GÖZLƏR:

Göz tenindən gözünüzün diblərinə açıq , göz qapaqlarınızın xaricinə getdikcə isə tünd rəngdən istifadə edin. Göz qələmi ilə çəkdiyiniz xəttin quyruğunu biraz uzadın.

BİR-BİRİNƏ UZAQ GÖZLƏR:

Göz tenindən gözünüzün diblərinə tünd, göz qapaqlarınızın xaricinə getdicə isə açıq rəng vurmaqla istifadə edin. Göz qələmi ilə çəkdiyiniz xətti göz qapağınızın sonunda qurtarın, uzatmayın.

YUMRU GÖZLƏR:

Göz tenini üst və alt göz qapaqlarınızın ortasına tətbiq edin. Göz qələmini kirpik diblərinizin ortasından başlayaraq xaricinə doğru, incədən qalına gedəcək şəkildə tətbiq edin.

 

Buna da baxın

PSİXOLOJİ TEST. Özünüzü və yaxınlarınızı daha yaxşı tanıyın!

Whatsapp ilə Paylaş  Bu blis-testi ingilis psixoloqu hazırlayıb. Bu testin köməyi ilə siz bir dəqiqə …