Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Əzələ ağrısına çarə…
Bizi mobildən daha sürətli  izləyin

Əzələ ağrısına çarə…

Əzələ ağrılarına çarə

Xəstəlindiyinizdə və ya məşq etdikdən sonra əzələ ağrıları rahatsızlıq verən problemlərdəndir. O qədər də tez keçməyən bu ağrılardan xilas olmaq üçün bir sıra təbii üsullar vardır. Evdə hazırlaya biləcəyiniz çay və şorbalarla əzələ ağrılarının qarşısı alır. Hansı ki qadinklubu.com sizlərə əzələ ağrılarına qarşı bitki çayı və şorbaların hazırlanma qaydasını təqdim edir.

Sarıkök çayı:Acı olsa da, əzələ ağrılarınıza yaxşı təsir göstərəcəkdir. Bu çayı gündə iki dəfə səhər və axşam içməyiniz kifayətdir.

Cirə çayı: Hər növ ağrıların keçməsində faydalı olan bu bitkinin xoş ətirli olması ilə yanaşı, həm də qan dövranını sürətləndirici xüsusiyyətləri də vardır.

Ballı isti su: Ağrı kəsici xüsusiyyət malik olan ballı isti su əzələ ağrılarınıza faydalı olması ilə yanaşı, eyni zamanda bütün bədəninizi sakitləşdirəcək və axşamlar olduqca rahat yatacaqsınız.

Brokoli şorbası: Brokoli kələmin bir növü olaraqantioksidan xüsusiyyəti olan olduqca faydalı bir bitkidir. Brokoli şorbası əzələləri yumşaldaraq, ağrıları azaldır.