Əsas səhifə / Manşet / Əzələ ağrılarını, revmatizmanı sağaldır, gözəlləşdirir, arıqladır…
Bizi mobildən daha sürətli  izləyin

Əzələ ağrılarını, revmatizmanı sağaldır, gözəlləşdirir, arıqladır…

l

Latınca adı Laurus nobilis olan dəfnə ölkəmizdə Aralıq dənizi Dəfnəsi olaraq da bilinməkdədir.

Dəfnə, hər zaman yaşıl bir ağacdır. Yay və qışda yarpağını tökməz.Yarpaqlarını tökmədiyinə görə hər zaman ağacdan yarpaq yığmaq imkanı vardır lakin may və oktyabr aylarında yığılan yarpaqlar daha təsirlidir.Ağacın meyvələri isə yaşıldan daha sonra qaraya çevrilir.

Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur.

Dəfnə yarpağı, yeməklərə ləzzət vermək məqsədiylə istifadə edildiyi kimi tibbi təsirləri də vardır.

Dəfnə yarpağının özünə məxsus tamı və iyi vardır. Çoxumuz xörəyə gözəl qoxu verməsi ücün işlədir və tanıyırıq. Ancaq onun çoxlu başqa xüsusiyyətləri də vardır.

Dəfnə yarpağı insanı qüvvətləndirir,ona gümrahlıq gətirir,sidiyi qovur,zəhərləri dəf edir.

Dəfnə yarpağının həlimini otaqlara səpdikdə zəhərli həşaratları və milçəkləri qovur. Bu bitki bir sıra daxili xəstəlikləri müalicə edir. Sidik kisəsinə və qadın xəstəliklərinə müsbət təsir göstərir. Bunun ücün dəfnə yarpağının həlimindən ya coxlu dəfnə yarpağı tökülmüş şorbadan istifadə edilir.

Bu yarpaq soyuqdəyməyə qarşı da faydalı vasitədir. O soyuqdəymədən baş verən halsızlığı aradan qaldırır və insanın əhvalını düzəldir. Həmçinin ona iskəncəbin (bal və sirkənin qaynadılmış qarışığı) qatıldıqda o daha başqa xüsusiyyətlərə malik olur. İskəncəbinlə qarışdırılmış həlimi revmatizma,oynaq, sinir, bel ağrılarında çox faydalıdır.

Dəfnə yarpağının yağı qara ciyərdə olan ağrılara xeyirlidir. Həmçinin ondan tənginəfəsliyə və astmaya qarşı da dərman hazırlayırlar.

Dəfnə ağacının qabığı və toxumları da müalicəvi təsirə malikdir. Onun toxumlarını dəmləyib içmək yaddaşı artırır. Vannasını qəbul etmək sidik kisəsi və uşaqlıq yolu xəstəliklərində xeyirlidir.

Dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir.

Dəfnə meyvələrindən əldə edilən yağın antiseptik xüsusiyyəti var. Dəfnə sabunu da məhz bu yağdan çıxarılır.

Dəfnə yağında xlorofil var. Bu səbəblə sabun açıq qəhvəyi-yaşıl arasında bir rəngdə olur. Sabun quruduqca rəngi bir az daha açılır.

Həqiqi dəfnə sabunu, saç tökülməsi və kəpəklənməyə qarşı təsirli bir məhsul, ayrıca dəriyə də çox faydalıdır.

Antiseptik xüsusiyyətindən ötəri bütün bədən mikroblarını və göbələk xəstəliyinə qarşı da faydalı bir məhsul olan dəfnə sabununun digər faydaları isə belə sıralanır:

-Ayaqdakı damarları rahatlaşdırır
-Yetkinlik sızanaqlarına, saç diblərindəki yara və təhrişlərə qarşı çox yaxşı təsir göstərir.
– Təbii qoxusu və antiseptik xüsusiyyətindən ötəri evdəki şkaflarda istifadə etmək həşəratların orda qalmaasına maneə törədir.//SaqlamHeyat.az

Buna da baxın

Corabla yatarkən…

Whatsapp ilə Paylaş Qadınklubu.com məlumatına görə, qan dövranının pozulması ayaqda göyərmələrə, dərinin qurumasına səbəb ola …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir