Əsas səhifə / Manşet / 1 ayda 8 kq arıqladan düstur
Bizi mobildən daha sürətli  izləyin

1 ayda 8 kq arıqladan düstur

1 ayda 8 kq arıqladan düstur

Gün ərzində qəbul edilən qidalar nəticəsində orqanizmdə bir sıra toksinlər toplanır. Bu toksinlərin orqanizmdən atılmaması səbəbi ilə artıq çəkilərə çevrilərək bir çox sağlamlıq problemlərinə yol açır.

Məhz bu səbəbdən gündəlik qida rasionunu düzgün təyin etməli və sağlam qidalanmağa diqqət etməliyik. Nizamlı qida rasionunu təyin etmək isə həkim məsləhəti və sizin iradənizdən asılı olaraq davam etdirilə bilər. Sağlamlığınızı nəzərə alaraq istənilən dietə uyğun olub-olmadığınızı təyin etikdən sonra sizə uyğun nizamlı qida rasionuna tabe olaraq sağlam orqanizmə sahib ola bilərsiniz.

Qadinklubu.com sizlərə bu mövzuda kömək ola biləcək arıqlamaq düsturunu təqdim edir.

Arıqladan  düstur

Səhər dişinizi fırçaladıqdan sonra ac qarına 2 stəkan ilıq su için. 30 dəqiqə sonra səhər yeməyinizi yeyin. Səhər yeməyində istədiyinizi yeyə bilərsiniz amma az miqdarda yemək şərtilə.

Nahar yeməyindən  əvvəl içəcəyiniz qarışıq

Lazım olanlar:

200 ml su (1 su stəkanı)
2 limon suyu
2 çay qaşığı alma sirkəsi
2 çay qaşığı bal
1/2 çay qaşığı toz zəncəfil

Hazırlanması:

Sadalanan ərzaqları qarışdırın. Nahar yeməyindən əvvəl hamısını için.

Zəiflədən qarışığın  faydaları

Bu qarışıq həzm sisteminə kömək edərək sürətli yağ yanmasını və arıqlamağınızı təmin edəcək. Eyni zamanda qaraciyərə dəfaydalı olan bu içki toksinlərin orqanizmdən sürətlə atılmasına kömək olacaq. Qan şəkər səviyyəsinin balansını nizamlayacaqdır. Ən çox 7 gün içərisində bu dietin  nəticələrini görməyə başlayacaqsınız! 7 gündə 2 kilo, ayda isə 7-8 kilo verəcəksiniz.

Qarışığı içdikdən  sonra bunlara diqqət edin.

Bu qarışığı içdikdən sonra günorta yeməyini, qısa fasilədən sonra isə axşam yeməyini yeyə bilərsiniz. Ancaq yeməyinizin çox olmamasına və axşam saat 18:00-dan sonra yeməməyə diqqət edin.

Xəbərdarlıq:

Bu dieti  ildə  4 ay edə bilərsiniz. Məsələn, bu ay başlasanız ay sonunda 2 aylığına ara verib sonra təkrar 1 ay edib sonra təkrar 2 ay ara vermək şəklində təkrarlaya bilərsiniz.