Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / 1 kivi 1 kq portağala bərabərdir
Bizi mobildən daha sürətli  izləyin

1 kivi 1 kq portağala bərabərdir

kivi
Tropik meyvə olan kivi  C vitamini ilə zəngin olan meyvələr sırasındadır. Orqanizmin ehtiyacı olan C  vitaminini təmin etmək üçün  kivi yeyilməsi mütəxəssislər tərfindən məsləhət görülür.

Qadınklubu.com türkiyəli mütəxəssisin bu mövzu ilə bağlı fikirlərini sizlərlə paylaşır.

Türkiyəli mütəxəssis  həkim Turan Karadeniz vitamin və minerallarla zəngin olan  kivini gündəlik qəbul edilən qidalar sırasına daxil etməyi məsləhət bilib. Mütəxəssisin sözlərinə görə 1 kivi 1 kloqram portağalı əvəz edir.  Yəni, gün ərzində yeyəcəyiniz 1 kivi günlük orqanizmin ehtiyacı olan C vitaminini qarşılayır. Yaşından asılı olmayaraq, hər kəsin hər gün  1 kivi yeməyində fayda vardır. Xüsusilə də uşaqların daha çox istifadə etməsi məsləhətdir.

Düzgün qidalanmağa diqqət ayıran və pəhriz saxlayan şəxslər üçün də kivi böyük əhəmiyyət kəsb edir. Bu meyvənin lif tərkibi olduqca yüksəkdir. Qəbzliyin qarşısını alır. Xüsusilə də bağırsaq tənbəlliyi olan şəxslər üçün kivi unikal seçimdir. Bağırsaqlarında bir sıra problemləri olan yaşlı nəslin nümayəndələrinin  də rahatlıqla bu qidadan gün ərzində 1 ədəd yemələri məsləhətdir. Eyni zamanda kivinin təzyiqi azaltmaq kimi xüsusiyyətinin olması da məlumdur.

Buna da baxın

Sadəcə üzünüzə çəkin və…

Whatsapp ilə Paylaş Aloea-vera bitikisi olduqca faydalı müalicəvi bir bitkidir. Nəinki kosmetik vasitələrdə, eyni zamanda …