Əsas səhifə / Manşet / 2 günə 5 kq arıqladan müalicəvi çay
Bizi mobildən daha sürətli  izləyin

2 günə 5 kq arıqladan müalicəvi çay

2gündə 5kq arıqladançay2 çay qaşığı (təxminən 8 qram) cəfəri; K vitamini ehtiyacının 15%-ni,  C vitamini ehtiyacının  17 %-ni, A vitamini ehtiyacının 13% -ni, dəmirin 3%-ni  qarşılayır və sadəcə 2 kalori ehtiva edir.  Cəfəri toxumu şişliyi almaq və  ağrılarını yüngülləşdirmək, cəfəri kökü sidik qovucu, qaraciyəri təmizləmək, cəfəri yağı isə bit, parazitləri təmizləmək üçün istifadə edilir. Cəfəri çayının isə böyrək və öd daşlarının müalicəsi başda olmaq üzrə bir çox faydaları var.

Cəfərinin faydaları;

  • Vitamin çatışmazlığına faydalıdır
  • Dəmir əskikliyində istifadə edilir
  • Antioksidandır
  •  C vitamini qaynağıdır
  • Romatizm ağrılarını yüngülləşdirir
  • Diabet  xərçənginə qarşı qoruyur
  • Bədənin su tutmasını önləyər
  • Menstruasiya dövrü ağrılarını yüngülləşdirir
  • Öd xəstəliklərində istifadə edilir
  • Böyrək daşının bədəndən atılmasına kömək olur
  • Həzmə kömək edir

Cəfəri çayının hazırlanması:

Cəfəri çayını qurudulmuş cəfəri yarpaqlarından da hazırlaya bilərsiniz. Ancaq təzə cəfəri istifadə etsəniz daha ləzzətli olacaq. 1 stəkan çay üçün 2 çay qaşığı incə doğranılmış  təzə cəfəri yarpağı kafi olacaq. Suyu qaynatdıqdan  sonra ocağı söndürüb cəfəri yarpaqlarını içinə atın və 5 dəqiqə dəmlənməsini gözlədikdən sonra süzün.

Bəzilərinə cəfəri çayı bir az acı gələ bilər. Bu acılığı almaq üçün dəmlənmə müddətini 2-3 dəqiqəyə sala bilər və ya bir neçə damla limonla dadlandıra bilərsiniz. Orta hesabla hər gün 2-3 stəkan içə bilərsiniz. Gündə 1 litrdən çox istehlak etməyin.