Əsas səhifə / Manşet / 2 günə qarındakı artıq yağlardan xilas olun
Bizi mobildən daha sürətli  izləyin

2 günə qarındakı artıq yağlardan xilas olun

2 gündə düz qarına sahib olun

Amerika Tenneesse Universitetində edilən bir araşdırmaya görə yağsız qatıq tək başına istehlak edildiyində belə göbək yağlarının 81%- ini əridir.

 

Qatığın yanında zəncəfilin yağ əridici xüsusiyyəti, sarıkökün bədəndəki şişkinliyi azaltdığı, həzmi asanlaşdırdığı və yaddaşı təsirli bir şəkildə gücləndirdiyi, darçının isə arıqlamaqda  köməkçi olduğu araşdırma nəticəsində sübut edilmişdir.
Sarıkök: Yaddaş gücləndirməyə qarşı çox təsirli bir ədviyyatdır. Ayrıca həzmi asanlaşdıraraq bədəndəki şikinliyin azalmasında faydalıdır.

Zəncəfil: Yağ əridən ədviyyat olaraq bilinir. Zəifləməyə köməkçidir. Qarın və bel nahiyyədəki artıq  yağları əridir.

Darçın: Zəncəfil kimi zəifləməyə kömək olan bir ədviyyatdır. Bir çox diyetlərdə bu ədviyyatdan istifadə edilir.

Qatıq: Qatıq çox yaxşı zülal qaynağıdır, ət kimi digər zülal qaynaqları ilə müqayisədə kalorisi çox azdır. Yəni bir qab qatıq yediyiniz payın ardından digər paya qədər hər hansı bir aclıq hiss etməzsiniz. Yəni tox hiss etdirir.
Məhz bu səbəbdən  hazırlayacağınız qarışıq ilə pəhriz saxladıqda qısa bir zamanda təsirli nəticə əldə edə bilərsiniz.

Tərkibi:

4-5 yemək qaşığı yağsız qatıq
1 çay qaşığı toz darçın
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı sarıkök tozu
1 çay qaşığı zəncəfil tozu

 

Qeyd: Darçın və zeytunyağı istəyə görə əlavə edilməyə də bilir. Ancaq zəncəfil ilə sarıkök mütləq olmalıdır.

Hazırlanması:

4-5 yemək qaşığı yağsız qatığı bir kasaya qoyuruq və  sadalanan digər ərzaqları da əlavə edərək qarışdırırıq. Hazırladığımız bu qarışımı səhər, günorta və axşam yeməklərdən 1-2 saat əvvəl ac qarına qəbul edirik.

Qatıqla zəifləmək həm ləzzətli, həm də sağlam bir seçimdir. Eyni zamanda qatığın tox tutma xüsusiyyəti də vardır. Bununla yanaşı  qatıq müəyyən yaşdan sonra rastlanan  sümük əriməsi, diş itkisi və bağırsaq xərçəngi kimi xəstəliklərin meydana gəlməsinin qarşısını alır.

Bir şərh

  1. Salam qadın klubu mən bilmək istərdim bu qarışımı hazırlıyıb 3 hissəyə ayırıb yemək lazımdı yoxsa həm səhər həm günorta həm də axşam ayrı ayrı düzəldib yemək lazımdı