Əsas səhifə / Əsas menu / Gözəllik / Ayaqlarımıza qulluq edək
Bizi mobildən daha sürətli  izləyin

Ayaqlarımıza qulluq edək

ayaq-epilasiyasi2

Ayaqlarımıza qulluq edək

Pedikür edilmiş və səliqəli görünən ayaqlara sahib olmaq üçün hər dəfə gözəllik salonuna getmək lazım deyil. Bir neçə xırda, lakin çox əhəmiyyətli üsulları ev şəraitində  tətbiq etməklə səliqəli və baxımlı ayaqlara sahib ola bilərsiniz.

Boya təmizliyi

Əgər ayaq barmaqlarınızda boya varsa, ilk növbədə onu təmizləmək lazımdır. Bunun üçün asetonda isladılmış pambıq köməyinizə çatar.

Ayaq vannası

İsti suya bir qədər duz və bəyəndiyiniz mualicəvi yağlardan hər hansı birini əlavə edib, ayaqlarınızı 10 dəqiqə ərzində həmin suda saxlayın. Yaxud istifadə etmədiyiniz bir saç kreminiz varsa, isti suyun içinə ondan bir miqdar əlavə edə bilərsiniz. Bu ayaq dərisinin yumuşalmasına kömək olan əsas vasitədir.

Daban daşı

Təmiz bir dəsmalla suda saxladığınız ayaqlarınızı qurulayın. Sonra daban və ya ponza daşı ilə ayaqlarınızdaki ölü hüceyrələri təmizləyin. Bunu edərkən xüsusilə ayağınızın  üst dərisinə toxunmamağa  diqqət edin.  Əgər daban daşını çox sərt sürtsəniz, ayaqlarınızın alt hissəsinə nisbətən incə olan üst hissəsini zədələmiş olarsınız.

Dəri soyulmasına qarşı təsirli maska

Zeytun yağı, duz və şəkəri yaxşıca qarışdırın. Həmin qarışımla ayaqlarınızı masaj edin. Bununla həm ayaqlarınıza masaj etmiş olacaqsınız, həm də dərinizi ölü hüceyrələrdən təmizləyəcəksiniz. Eyni zamanda yumşaq ayaqlara sahib olacaqsınız. Bu masajı etdikdən sonra ilıq su ilə ayaqlarınızı yuya bilərsiz.

Dırnaq kəsmək qaydası

Dırnaqlarınızı kəsərkən xüsusilə diqqətli olmaq lazımdır. Onları bucaqlı kəsməyə alışın. Bucaqlı kəsmək yuvarlaq kəsməyə nisbətən həm daha gözəl görünüş bəxş edər, həm də dırnaq batmasına qarşı özünüzü qorumuş olarsınız.

Ayaqların nəmləndirilməsi

Nəmləndirici bir kremi ayaqlarınıza və barmaqlarınıza masaj edərək yaxşıca hopdurun. Bununla yorğun iş günündən sonra ayaqlarınız həm nəmlənmiş olar, həm də dincəlmiş olarsanız. Manikür yağı və ya gül yağı vasitəsi ilə dırnaqlarınıza xüsusi canlılıq bəxş edə bilərsiniz.

Dırnaq əti

Dırnaq diblərindəki ətlər dırnağın üzərini çox örtürsə əvvəlcə itələyin. İstəsəniz bu ətləri kəsə də bilərsiniz. Lakin bunun üçün evdə edilən pedikür üsulu təhlükəlidir. Yara olmasına və ya mikrob düşməsinə səbəb ola bilər.

Dırnaq boyası

İstədiyiniz rəngdə bir dırnaq boyasını əvvəlcə bir qat çəkib, quruduqdan sonra ikinci qatı da çəkərək pedikürünüzü tamamlaya bilərsiniz.

Buna da baxın

Ayaqlarınızın daha uzun görünməsi üçün bunları edin

Whatsapp ilə Paylaş Ayaqlarınızı istədiyiniz uzunluqda olmaya bilər. Siz manikenlər kimi uzun olmaya bilərsiniz. Lakin, …