Bizi mobildən daha sürətli  izləyin

11720690_1587208034875049_1963276942_n

Sevimli cupcake-lərinizi özünüz hazırlayın

Tərkibi:

Xəmiri üçün vəsaitlər:

-3 yumurta
-1 çay stəkanı duru yağ
-60 qr un
-1 çay stəkanı süd
-1 su stəkanı şəkər tozu

Kremi üçün vəsaitlər:

-1 xörək qaşığı un
-1 xörək qaşığı nişasta
-Yarım su stəkanı şəkər tozu
-1.5 su stəkanı süd
-2 yumurta
-1 xörək qaşığı marqarin,və ya kərə yağı
-1 çay qaşığı vanil
-Yarım paket krem
-1 su stəkanı şəkər pudrası (kirşanı)

Üzəri üçün:

-Rəngli şirniyyatlar
-Tort bəzəkləri

Hazırlanması:

Cupcake  üçün ilk olaraq yumurtaların sarısıyla ağını ayırın və ağları soyuducuya qoyun. Qarışdırma qabında yumurta sarılarını şəkər tozu ilə birlikdə köpük-köpük olana qədər çırpın. Ardından süd və duru yağ əlavə edin, çırpmağa davam edin. Ən son olaraq unu ələyin və bütün ərzaqları qarışdırın.
Soyuducuya qoyduğunuz yumurtaları ayrı bir qaba alın və yarım su stəkanı şəkər tozunu yavaş-yavaş əlavə edərək,  qarışdırın. Yumurtalar köpük konsistensiyasına gəldiyində hazırladığınız keks xəmirinin içinə tökün və çox yüngül qarışdırın. Əvvəldən yağladığınız cupcake qəliblərinin içinə xəmiri daşmayacaq şəkildə paylaşdırın və  qızdırılmış 190 dərəcəlik sobada 20 dəqiqə bişirin. Keks bişdikdən sonra otaq istiliyində soyumağa qoyun. Keks soyuyarkən kremini hazırlayın.

Geniş bir qazanın içərisinə un və nişastanı tökün. Üzərinə südü və şəkər tozunu də əlavə edərək yaxşıca qarışdırın. 2 yumurta sarısını və marqarini də əlavə edin, qazanı ocağa qoyub, orta dərəcəli istilikdə qaynamağa başlayana qədər bişirin. Krem qaynayıb tündləşdikdən sonra ocaqdan götürün və vanil əlavə edərək soyumağa qoyun.
Bir qabın içərisinə buzlu su doldurun, üzərinə başqa bir qab oturdub üstdəki kremi qoyun. Şəkər pudrasını da əlavə edib mikser ilə yaxşıca qarışdırın. Tündləşdiyində bişirdiyiniz krem, onu soyuyan kremin içərisinə əlavə edərək yaxşıca qarışdırın.
Bir sıxma torbası köməyi ilə kremi kekslərin içinə doldurun. Qalan kremi da cupcake-lerin üstünə sıxın. Servis edərkən rəngli şirniyyatlar ilə zövqünüzə uyğun bəzəyin.

Buna da baxın

Şokoladlı dondurmanız

Whatsapp ilə Paylaş Şokoladlı dondurmanız Ərzaqlar: 1/2 st. süd 1/2 st. şəkər tozu 100 q. …