Əsas səhifə / Manşet / Kişilərin diqqətini çəkmək üçün cəmi 3 addım
Bizi mobildən daha sürətli  izləyin

Kişilərin diqqətini çəkmək üçün cəmi 3 addım

erkegietkilemeninyollari

1. Addım: Gülümsəyin, xanımlar!

Xoşladığınız qarşı cinslə  bu günə qədər heç danışma imkanı tapa bilməmisinizsə , ondan xoşunuz gəldiyini və gözəl bir qadın olduğunuzu ona göstərməlisiniz.

Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu, ona baxıb şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınız zaman, ona baxıb təbəssüm edin. Lakin, çox şişirtməyin. Daha sonra da “salam” deyib, bir söhbət mühiti yaratmağa çalışın! “Salam” verdikdən sonra söhbət tapa bilmirsinizsə, ona komplimentlər edə bilərsiniz. Lakin təbii ki, qədərində.

2.Addım: Söhbətinizi artırın!

Nəhayət ki, onunla söhbət mühiti yaratdınız. Yaxşı, indi nə olacaq?

Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünürsə, onda narahatlığa ehtiyac yoxdur.  Tək etməli olduğunuz şey,  gözlərinin içinə baxmaq və onu diqqətlə dinləyib mövzuyla əlaqədar suallar verməkdir. Ortaq maraqlarınız kəşf edin.  Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma gözləyin. Sevdiyiniz kitabları sevmir, izlədiyiniz filmlərdən zövq almırsa, bu, sizi anlamayacağını göstərmir. Bir az səbrli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzkülərdən bəhs edin.

3.Addım:  İşarələrə diqqət edin!

Sizinlə görüşməyə, söhbət etməyə çox istəkli görünür.  Yaxşı, bu o deməkdir ki,  sizdən həqiqətən xoşu gəlir?

Gözlərə diqqət: Siz danışarkən öz ayaqlarına baxırsa, bu utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz.

Bədən dili: Bədən dilinə çox diqqət edin! Danışarkən üzü və bədəni sizə doğru dönük dayanır, yoxsa hər an çəkib gedəcəkmiş kimi başqa tərəfə baxır? Əgər bədəni sizə dönükdürsə, problem yoxdur!

Növbə sizdədir. Ona ondan xoşunuz gəldiyinə  dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar olsun. Onunla danışarkən, dırnaq yemək, saçlarını oynatmaq və ya ayağını silkələmək kimi narahat olduğunuzun göstəricisi olan hərəkətlər etməyin.  Beləcə, yanında rahat olduğunuzu görəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaq!

 

Qadinklubu.com

Buna da baxın

Münasibətlərdə edilən 9 səhv

Whatsapp ilə Paylaş Mütəxəssis hipnoterapevt, psixoloq Gani Eser sevgililər arasındakı münasibətlərdə bitmə nöqtəsinə gətirən davranış …