Əsas səhifə / Əsas menu / Pəhriz / 3 günə 3 kiloqram arıqladan naringi pəhrizi
Bizi mobildən daha sürətli  izləyin

3 günə 3 kiloqram arıqladan naringi pəhrizi

k

Artıq çəkidən xilas olmaq istəyirsinzisə, naringi pəhrizi ilə 3 gündə 3 kiloqrama qədər arıqlamaq mümkündür.

Naringinin həzmi rahatlaşdırdığı, qaraciyəri toksinlərdən təmizlədiyi araşdırmalar nəticəsində dəfələrlə sübut olunub. Ona görə də diyetoloqlar hesab edirlər ki, naringi pəhrizi payız aylarında arıqlamaq üçün ən effektli pəhrizlərdən biri hesab olunur. Lakin bu pəhrizi qətiyyən 3 gündən artıq saxlamaq olmaz. Çünki bu pəhrizin menüsü kifayət qədər kalorili deyil, o cümlədən, orqanizmin gündəlik ehtiyacını ödəyən vitamin və minerallardan ibarət olmadığı üçün sağlam pəhriz deyil.

1-ci gün

Səhər yeməyi:

Çay və ya qəhvə
1 ədəd naringi və ya portağal
1 dilim çörək
1 yemək qaşığı fıstıq əzməsi

Günorta yeməyi:

Qəhvə və ya çay
100 qram ton balığı
1 dilim çörək

Axşam yeməyi:

100 qram yağsız toyuq və ya hindquşu əti
1 kasa yaşıl lobya xörəyi
2 ədəd yerkökü
1 ədəd alma
Şirniyyat: 1 ədəd aşağı kalorili vanilli dondurma

2-ci gün

Səhər yeməyi:

Çay və ya qəhvə
1 ədəd yumurta
1 dilim çörək
1 ədəd naringi və ya portağal

Günorta yeməyi:

1 kasa süzmə pendir və 100 qram ton balığı
8 ədəd duzlu çubuq
1/2 Banan

Axşam yeməyi

Kolbasalı sendviç və ya 100 qram hindquşu əti
1 kiçik kasa brokkoli salatı
2 ədəd yerkökü
1/2 banan
Şirniyyat: Aşağı kalorili vanilli dondurma

3-cü gün

Səhər yeməyi:

Qəhvə və ya çay
5 duzlu çubuq
1 kibrit qutusu pendir
1 ədəd naringi

Günorta yeməyi:

Çay və ya qəhvə
1 ədəd yumurta
1 dilim çörək

Axşam Yeməyi:

100 qram balıq
2-3 ədəd yerkökü
1 kasa zeytun yağında qovrulmuş gül kələm
4 ədəd qoz
Şirniyyat : Yarım stəkan vanilli dondurma
Qeyd: Gündə 1.5-2 litr su içməyi unutmayın.

Publika.az

Buna da baxın

Doğuşdan sonra artıq çəkilərdən xilas olmağın asan və sağlam üsulları

Whatsapp ilə Paylaş Whatsapp ilə Paylaş