Əsas səhifə / Əsas menu / Praktika / Dik və möhkəm omba arzulayanlara 5 hərəkət
Bizi mobildən daha sürətli  izləyin

Dik və möhkəm omba arzulayanlara 5 hərəkət

Daha dik və möhkəm ombaya sahibi olmaq əslində heç də çətin deyil. Evdə edə biləcəyiniz bir neçə rahat məşqlə ombalarınız asanlıqla formaya düşə bilər. Aile.lent.az həmin məşq formalarını sizə fotolarla bərabər təqdim edir.

Məşqin ilk forması: Yan üstə uzanın və dizlərinizi yüngülcə qarına doğru çəkin. Yuxarıdakı dizinizi 10-15 sm-dək yuxarı qaldırın. Ancaq ombanın geriyə getməməsinə və ayaqların bitişik olmasına diqqət edin. Eyni hərəkəti digər yanınız üstə uzanaraq təkrar edin. Bunu 30 dəfə təkrarlayın.

4_egzersiz_2fddb648063edbb6b3941e7a8b5b76ff

Məşqin ikinci forması: Yan üstə uzanın və üstdəki ayağınızı bacardıqca çox uzatmağa çalışın. Digər yanınız üstə uzanaraq bunu təkrarlayın. Eyni hərəkəti 30 dəfə edin.

5_egzersiz_c826958f2a4f06d123a5d4fbb22199ab

Məşqin üçüncü forması: İməkləmə mövqeyində durun və ayaqlarınızdan birini 90 dərəcə bükün (dizdən yuxarı hissəni düz yuxarı uzadın). Bu formada ayağınızı tavana vururmuş kimi yuxarıya doğru itələyin. Digər ayağınızla da eyni hərəkəti edin. Bunu 30 dəfə təkrarlayın.

getattachment_51c7b3cef1e3979dd8fcc7f8690f2204

Məşqin dördüncü forması: Üz üstə mövqedə əlləriniz bir-birinə bitişik formada, ayaqlarınızsa bir az araları bütün bədəniniz qollarınızla eyni ölçüdə ayaqlarınız üzərində durun. Sinəniz, qılçalarınız və diziniz eyni ölçüdə olmalıdır. Bu formada 20 saniyə dayanın. Səhəri gün də eyni formada 20 saniyə durun. Digər günlərdə saniyələri 10-10 artırın.

8_egzersiz_45d2c8699b0f3dcc4bed473185d392c6

Məşqin beşinci forması: Arxası üstə uzanın, dizləriniz bükülü ayaqlarınız yerlə təmas halında iki diziniz arasına qatlanmış dəsmal yerləşdirin. Bu formada ombanızı yuxarı qaldırın. Lakin elə edin ki, dəsmal olduğu kimi qalsın. Sonra ombanızı yüngülcə aşağı endirin, lakin çalışın yerə dəyməsin. Bunu 30 dəfə təkrarlayın.

10_egzersiz_986ceb04ad0777d21031456f2501c4b4

Buna da baxın

Piyləri əritmək üçün idman hərəkətləri

Whatsapp ilə Paylaş Qış gəldi deyə vaxtında idman edin, rejiminizi pozmayın. Günlər elə tez-tez keçir …