Əsas səhifə / Əsas menu / Ana və uşaq / 38 dərəcə qızdırmanı aşağı salmayın – Səbəb
Bizi mobildən daha sürətli  izləyin

38 dərəcə qızdırmanı aşağı salmayın – Səbəb

f

Qızdırma əksər uşaq xəstəliklərinin simptomu ola bilər.

Bəs, həmişə həkimə getmək mütləqdirmi? Hansı metod uşağa daha az zərər yetirir?

Qadınklubu.com-un məlumatına görə, əgər termometr 38 dərəcədən aşağı göstərərsə qızdırmanı aşağı salmaq üçün müdaxilə edilməməlidir. Çünki bu zaman qızdırma uşaq bədəninin infeksiya ilə mübarizə apardığını göstərir. Hipertermiya (yüksək temperatur) virusları məhv edən maddələrin sintez olunmasını təmin edir.

Nə etməli?

  • Uşağın bədənini nəm süngərlə silin. Bu zaman sirkə məhlulundan istifadə edə bilərsiniz.(1:1 nisbətində sirkə ilə suyun qarışığı).
  • Uşağa çoxlu miqdarda maye içirin. Normalda qəbul etdiyindən 20-30% çox olmalıdır.
  • Uşağı çox bürmələməyin. Yüngül paltar geydirib üzərinə nazik ədyal vəya prostin örtün.
  • Uşağı güclə yedizdirməyin. İcazə verin nə yemək istədiyini özü seçsin.
  • Əgər uşağınızda güclü baş ağrısı varsa onun alnına dəsmala bükülmüş buz qoya bilərsiniz.

Bu hallarda mütləq həkimə müraciət edin:

  • Dehidratasiya: quru dil, ağızda xarakterik pis qoxu, ifrat yuxululuq və həyəcan, sidiyin azalması, ağlayanda göz yaşı olmur.
  • Qıcolma
  • Apatiya, yuxulu olma, heçnəyə reaksiya göstərməmək
  • Keçməyən şiddətli baş ağrısı
  • Davamlı qusma və idarə edilməyən ishal (3-4 dəfədən çox)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir