Əsas səhifə / Əsas menu / Gözəllik / 4 addımda dolğun qaşlara sahib ol
Bizi mobildən daha sürətli  izləyin

4 addımda dolğun qaşlara sahib ol

4 addımda dolğun qaşlar

Qaşlar   diqqət tələb edən bir mövzu kimi görünsə də, əslində bəzi kiçik hiylələrlə qaşlarınız olduğundan daha dolğun görünə bilər. Son zamanlarda dolğun görünən qaşlar olduqca dəbdədir. Bu səbəblə qaş şəkilləndirmə qaydalarını bildikdən sonra doğru qaş şəklini tətbiq edərək, daha cavan və gözəl bir görünüş qazanacaqsınız.

1-Qaşlarınızı daramamışdan əvvəl

Qaş fırçasını əlinizə almamışdan əvvəl bilməli olduğunuz  bəzi şeylər var. Daha dolğun və təbii görünən qaşlar sizə daha  gənc bir görünüş qazandıracaqdır. Təbii ki, qaşlarınız gözlərinizi örtməməli, əksinə  daha da diqqətçəkən şəkildə vurğulamalıdır. Bu səbəbdən çox incə olmamaq şərtilə qaşlarınız üzünüzü  çərçivələməlidir.  Düzgün formalı bir qaş, gözlərinizi vurğulayır və daha canlı bir görünüş təmin edər. Buna görə qaşlarınızın düzgün şəkilləndirdiyinizə  əmin olmalısınız.

2- Qaş uzatmaq

Şəkilləndirməmişdən  əvvəl qaşlarınız uzanana qədər gözləyin. Kifayət qədər uzandığını düşündüyünüz zaman şəkilləndirmə əməliyyatına keçə bilərsiniz.

3- Şəkilləndirmə üsulu

Gözətrafı  nahiyyələr həssas olduğundan hər hansı bir əmaliyyat tətbiq etməkdə diqqətli olmaq lazımdır. Qaşları incə rəftarla və maqqaşla şəkilləndirmək lazımdır.

4- Qaş fırçası

Qaşlarınızı təbii və qalıcı göstərərək daha dolğun bir görünüşə sahib olmaq üçün qaş qələmi istifadə etməlisiniz. Qaşlarınızı boyadıqdan sonra,  yuxarı doğru darayın və sonra əgər qaşlarınız uzundursa yavaşca yana doğru yüngül hərəkətlərlə darayın.