Əsas səhifə / Əsas menu / Sağlamlıq / 4 litr çay içdi və böyrəkləri iflas etdi
Bizi mobildən daha sürətli  izləyin

4 litr çay içdi və böyrəkləri iflas etdi

sa4 litr çay içdi və böyrəkləri iflas etdi

ABŞ-da yaşayan 56 yaşındakı adam birdən böyrək çatışmazlığından əziyyət çəkməyə başlayıb. Həkimlər uzun müddət bu xəstəliyə tutulmağın səbəbini araşdırıb. Məlum olub ki, gündə 4 litr buzlu çay içdiyi öyrənilən adamın buna görə böyrək çatışmazlığı yaşadığı ortaya çıxıb.

Gündə 4 litr buzlu çay

Aparılan sidik testində kalsium oksalat kristalları çox yüksək çıxan adamın bir növ böyrək daşından əziyyət çəkiyi anlaşılıb. Ancaq adam, ailəsində heç kimdə böyrək daşı ya da bənzər bir problem olmadığını ifadə edib. Həkimlər bunun üzərinə ətraflı müayinəyə başlayıblar. Nəticədə adamın gündə 4 litr buzlu çay içdiyi və böyrək daşının bu səbəblə meydana gəldiyi aydın olub.

Qara çayın içindəki maddə böyrək daşına səbəb olur

Arkansas Tibb Fakültəsi Xəstəxanasından həkimlər qara çayın içində yüksək miqdarda oksalat ehtiva etdiyini və bunun böyrək daşına səbəb olduğunu ifadə ediblər. Mütəxəssislər bu qədər yüksək dozanın böyrək çatışmazlığına qədər apardığını də açıqlayıb.


Buna da baxın

Qara çayın faydalı və zərərli xüsusiyyətləri

Whatsapp ilə Paylaş   Son illər yaşıl və ağ çayın məşhurlaşması, sağlamlıq üçün daha faydalı …