Əsas səhifə / Əsas menu / Gözəllik / 5 addımda uzun və sağlam saçlara sahib ol
Bizi mobildən daha sürətli  izləyin

5 addımda uzun və sağlam saçlara sahib ol

uzun saçlı xanımlar diqqət

Uzun saçlar təbii ki, daha çox qulluq tələb edir. Saçların uzun olması ilə yanaşı baxımlı, canlı və sağlam olmağı da olduqca əhəmiyətlidir.

Bu səbəbdən uzun saçlı xaımların və saçlarını uzatmaq istəyən xanımların uzun saçlara qulluq haqqında bilməli olduğu bəzi məqamlar vardır ki, hansı ki, qadinklubu.com həmin qaydaların siyahısını sizlərə təqdim edir.

Saçını yuyarkən nəzakətli davranın

uzun saçlı xanımlar diqqət
Saçlarını çəkərək və basdıraraq yumaq yerinə şampunu masaj edərək saç diblərinə və saçlarına yedirin. Beləcə saç diblərində qan dövranı artacaq, saçların daha sağlam uzanacaq. Şampunlama əməliyyatı bitdikdən sonra da saç kremini uclarına nəzakətlicə tətbiq etməyi unutma.

Saç qurudan feni saçına yaxın tutma

uzun saçlı xanımlar diqqət.Jpegff
Qurutma əməliyyatına gəlincə əvvəl yumşaq bir dəsmalla çox suyunu alın. Saçının yanmasını qarşısını almaq istəyirsənsə fen maşınıyla saçlarınız arasında ən az 30 sm olmasına diqqət edin. Qurutma əməliyyatını çox uzatmayın.

E vitamini qəbul edin

uzun saçlı xanımlar diqqət.Jpegf
E vitamini sağlam saçlar üçün çox əhəmiyyətlidir. E vitamini ehtiva edən saça qulluq məhsulları və E vitamini yağı istifadə edin. Eyni zamanda badam, fındıq, fıstıq kimi E vitamini ehtiva edən qidalar istehlak etməyə diqqət göstərin.

Şəkilləndirərkən zərər vermə

uzun saçlı xanımlar diqqət.Jpegu
Saç şəkilləndirici istifadə edərkən saç quruluşuna uyğun olmasına diqqət edin. Düzləşdirici və maşa tətbiqlərindən əvvəl, solğunlaşma və qırılmalara qarşı, istilik qoruyucu bir saç baxım məhsulu seçim edin.

Mütəmadi  olaraq kəsdir

uzun saçlı xanımlar diqqət.Jpeguu
Bir çox adam saçını kəsdirərkən  qısalacağını düşündüyünə görə təxirə salırlar. Əksinə, nizamlı olaraq uclarından kəsdirildiyində saçlar daha sürətli və sağlam bir şəkildə uzanır. Buna görə nizamlı olaraq qırıqlarını kəsdirməyə laqeyd yanaşmayın.

Buna da baxın

Maya maskası – Uzun saçlar xəyal deyil

Whatsapp ilə PaylaşDaha uzun və  sağlam saçlar çox xanımın arzusudur. Amma uzun saça sahib olmaq …