Əsas səhifə / Əsas menu / Gözəllik / 5 dəqiqədə yay makiyajı
Bizi mobildən daha sürətli  izləyin

5 dəqiqədə yay makiyajı

nem_46bedffa-d9d4-4791-96d4-8a2edd28f66d_1

5 dəqiqədə yay makiyajı

Hamımız yayda ağır makiyajdan qaçırıq. Ancaq  gözəl görünməyin mövsümü yoxdur.  Gözəl bir makiyaj üçün isə hər şeydən əvvəl üz dəriniz uyğun olmalıdır. Bunu isə dərini nəmləndirərək təmin edə bilərsiniz. Xüsusilə yay aylarında istidən büzülmüş və qurumuş bir dəri ilə gəzmək istəmirsinizsə, bol su üçün və günəş qoruyuculu nəmləndiricinizi istifadə unutmayın.

Yay makiyajı sadədir. O sizi yataqdan çıxmış görünüşündən xilas edəcək. Özünüzə gündəlik bir makiyaj çantası hazırlayın. Həmin çantanın içinə qısa müddətdə makiyaj etməyiniz üçün lazımlı olan vəsaitləri toplayın.

foto_889ccf5a-2e29-4c8f-8bf4-104e38acea40_1 (1)

Tonal krem, kirşan və iki rəngli pomada və ya dodaq parıldadıcısı ilk sırada yer alacaq. Dəri rəngi tonlarında işıltılı bir göz teni isə, sizi ağır göz makiyajından xilas edəcək. Qəhvəyi və ya qara tuşunuz da həmişə yanınızda olsun.

İşıltılı göz teninizi gözünüzə sürtün. Burun və ətrafı üçün tonal kreminizdən istifadə edin. Almacıq sümüklərinizi kirşanla rəngləndirin. Dodağınızı isə Parıldadıcısı ilə rəngləndirin. Və günə başlamağa hazırsınız.

goz_9cad68c1-659d-4a80-b1f7-539add850b56_1

Əgər axşam üçün anidən bir dəvət alsanız, makyajınıza bir az əlavə edərək, gözünüzü daha da cəlb edici etmək üçün göz layneri və tünd rəng qələmdən istifadə edin.