Əsas səhifə / Manşet / 5 qaşıq dieti
Bizi mobildən daha sürətli  izləyin

5 qaşıq dieti

5 qaşıq dieti
Arıqlamaq üçün ilk əvvəl yediyimiz qidaların kalori dəyərinə, daha sonra miqdarına əhəmiyyət vermək lazımdır. Bunun üçün ilk edilməli olan orqanizmin tələbatını azaltmaqdır. Orqanizm nə qədər az yemək tələb edərsə, o qədər az qida qəbul edilər və nəticədə orqanizmin ehtiyacından artıq kalori qəbul etməmiş olarıq. Bu üsulla arıqlamaq istəyənlər üçün “5 qaşıq dieti”  unikal seçimdir. Bu dietlə gün ərzində 3 saatdan bir sadəcə 5 qaşıq(xörək qaşığı) olması şərtilə arıqlamaq mümkündür. Qadinklubu.com sözügedən dietin qaydasını sizlərlə paylaşır.

Qeyd: Hamilələr, süd verən analar, xroniki xəstəlikləri olanlar üçün münasib deyildir. Pəhrizdən əvvəl həkiminizlə məsləhətləşin.

5 qaşıq dietinin qaydaları

  • Hər yemək yedikdə boşqabınıza 5 qaşıqdan artıq yemək çəkməyin.
  • Yemək arası məsafə 3 saatdan az olmamalıdır.
  • Əgər ilk iki qaydaya riayət etdinizsə, yatmamışdan 3 saat əvvəl də yeyə bilərsiniz.
  • Menu istənilən qidalardan(bəziləri istisna) ibarət ola bilər.
  • Qazlı, şəkərli meyvə sularından qətiyyən istifadə etməyin.
  • Çay, kofe və adi su məhdudiyyət qoyulmadan istifadə edilə bilər.
  • Turşu və souslardan, eyni zamanda duzlu  və ədviyyatlı qidalardan imtina etməlisiniz.
  • Qızardılmış qidalardan, eyni zamanda yarımfabrikad məhsullarından  istifadə etmək olmaz.
  • Eyni zamanda buxarda bişirilmiş qidalardan da istifadə edə bilərsiniz.
  • Şirniyyatlar, şokalad insanı uzun müddət tox saxlamır və tez aclıq hissinin yaranmasına səbəb olur. Ona görə bu dietdə bele qidalardan mümkün qədər az istifadə edilməlidir.
  • Paxlalı bitkilər, taxıl bitkiləri, nişastalı olmayan tərəvəzlər az şəkərli meyvələr daha uzun müddət sizi tox saxlayacaqdır.
  • Yağ bütün orqanizmə vacib olan bir qida olduğu üçün yaşıl salatlarınıza zeytun ya da kətan toxumu yağı əlavə etməyi unutmayın. Bu yağ nəticəsində özünüzü 3 saat müddətində daha yaxşı hiss edəcək və aclıq hiss etməyəcəksiniz.
  • İstifadə edilən yağların mənşəyi və tərkibinə diqqət edin. Trans, hidrogenləşdirilmiş yağlardan istifadə etməyin.
  • Yumurta xüsusən də yumurta ağı zülalla zəngindir. Yumurta 45 dəqiqəyə həzm olunur. Səhər yeməyində yediyiniz yumurta, yulaflı sıyığa nisbətən daha uzun müddət özünüzü tox hiss etməyinizə səbəb olacaqdır.
  • Gün ərzində adi su içməyi unutmayın.

Nümunə üçün menu:

08:00- Meyvəli yulaf sıyığı, kərə yağı (kiçik parça), kakao

11:00- 1  banan və yaxud 1 pomidor

14:00- qaynadılmış ət və ya buxarda bişmiş  toyuğun döş əti

17:00- zeytun yağı və kətan toxumu yağı ilə hazırlanmış yaşıl salat

20:00-kəsmik

23:00 kefir

Buna da baxın

Ramazanda tox qalmaq və az susamaq üçün…

Whatsapp ilə Paylaş Dr. Ayça Kaya oruc tutan zaman daha az susamaq və daha çox …