Əsas səhifə / Əsas menu / Xəbər / 65 yaşında dördəmə hamilədir
Bizi mobildən daha sürətli  izləyin

65 yaşında dördəmə hamilədir

yui65 yaşında dördəmə hamilədir

Almaniyanın paytaxtı Berlində yaşayan, 13 uşağı və 7 nəvəsi olan 65 yaşındakı bir qadın, dördəm körpəyə hamilədir. Alman mətbuatında yer alan xəbərlərə görə, Berlində yaşayan Annegret R. adlı ibtidai sinif müəllimi, bir çox dəfə Almaniya xaricində süni döllənmə yolu ilə hamilə qalıb.

13 uşağı var

Hal-hazırda ən kiçik uşağı 9 yaşında olan Annegret R.nin, ilk uşağının isə 44 yaşında olduğu deyilir. 13-cü uşağını 2005-ci ildə dünyaya gətirən qadının, bu anda hamiləliyinin 21-ci həftəsində olduğu və hər hansı bir sağlamlıq problemi olmadığı ifadə edilib.

Doğumun reallaşması vəziyyətində uşaqlarının sayı 17’yə çatacaq olan 65’lik ana namizədi, dünyanın ən yaşlı dördəm doğuran qadını olaraq tarixə keçəcək.