Əsas səhifə / Manşet / 7 addımda dümdüz qarın!
Bizi mobildən daha sürətli  izləyin

7 addımda dümdüz qarın!

7 addımda dümdüz qarın

Arıqlamaq, artıq çəkilərdən xilas olmaq  üçün bir çox diyet və məşqlər məlumdur. Amma artıq çəkidən xilas olarkən, qarın nahiyyəsinin  dümdüz olmasına müvəffəq olmaq hər dəfə mümkün olmur. Bəzən isə normal çəkidə olunsa da, qarın nahiyyəsi qadınları narahat edir. Bu problemin həlli üçün 7 etapa diqqət etməyiniz kifayətdir. Hansı ki, qadinklubu.com həmin qaydaları sizlər üçün sistemləşdirərək təqdim edir.

Stressdən uzaq olun!

Gərgin iş həyatı, insan əlaqələri, maddi çətinliklər deyərkən həyat hamımızı bir cür yorur və stressə salır. Stress isə maddələr mübadiləsinin, beyninin hətta bütün bədəninizin ən böyük düşmənidir. Stress zamanı böyrək üstü vəzidən ifraz olunan kortizol hormonunun  artdığı üçün qarın bölgəsindəki yağlanma da artır. Hər nə qədər adamdan-adama dəyişsə də, bəziləri stressli olduğunda özünü yeməyə verərək, stresini bu şəkildə azaltmağa çalışır. Nəticədə daha da artıq çəki almaqa səbəb olur. Stressinizi azaldacaq, fikrinizi dağıdacaq bəzi fəaliyyətlərlə qarın bölgəsi yağlanılmasına qarşı gələ bilərsiniz.

Şəkərli içkilərə diqqət!

Susadınız? … Bizdən sizə tövsiyə əliniz sudan başqa bir içkiyə uzanmasın! Xüsusilə də qazlı və şəkərli içkilərdən uzaq durun. Edilən araşdırmalara nəzərən, içilən qazlı içkilərin bel bölgəsindəki yağlanmalara səbəb olduğunu göstərir. Fərqi görmək üçün qazlı, şəkərli hətta spirtli içkilərdən mümkün qədər uzaq dayanmağınız lazımdır.Yalnız təbii meyvə suları və su işə bilərsiniz!

Bu qidalardan istifadə  edin!

  • Badam
  • Alma
  • Avokado
  • Banan
  • Yumurta
  • İspanaq
  • Fıstıq əzməsi
  • Qatıq
  • Zeytinyağı

Gecə qidalanmasına son!

Axşam saatlarında hətta yatmadan əvvəl televiziya qarşısında canınızın davamlı bir şeylər yemək istədiyi bir gerçək. Edilən araşdırmalar gecə atıştırmalarının ən çox qarın və bel bölgəsində boy göstərdiyini söyləyir. Çünki, axşam saatları etibarilə maddələr mübadiləsi sürəti yavaşlamağa başlayır. Beləcə yediyiniz yeməkləri həzm olunması çətinləşərək, artıq çəkiyə səbəb olur. Düz bir qarın istəyirsinizsə, əsla  yatmamışdan əvvəl yemək yeməməlisiniz.

Normal yuxu şərtdir!

Nizamlı yuxunun pozulması maddələr mübadiləsində kortizol səviyyəsinin artmasına səbəb olur. Bu da stressdə olduğu kimi qarın və bel bölgəsində artıq çəkinin yaranmasına  səbəb olur. Gecə maddələr mübadiləsinin zəifləməsi səbəbiylə qarın və bel nahiyyəsinə təsir edir. Etməyiniz lazım olan  isə ən az altı-səkkiz saat yatmaqdır.

Duzu unutun!

Gündəlik qidalaranızda duzdan istifadəni  mümkün qədər  azaldın. Yeməklərinizi bişirərkən, qaya və dəniz duzundan istifadə etməyə çalışın.Həm qarın və bel nahiyyəsi ilə yanaşı həm də ürək və təzyiq xəstəliklərinin inkişafına səbəb olur.

Doğru idman!

Düzgün qidalanmaqdan sonra, ikinci ehtiyacınız olan düzgün və nizamlı idmandır. Bir saata yaxın  qaçış, çəkinizin azalmasını təmin edə bilər. Ancaq qarın nahiyəsinin özünəməxsus idman hərəkətləri vardır. Bunlardan orqanizminizə uyğun idman növlərini mütəxəssislə məsləhətləşməlisiniz. Üzmək, velosipedlə  edilən idman hamıya uyğun idman növlərindəndir. Bu idman növü ilə  həm düz qarına, həm də sağlam orqanizmə sahib ola bilərsiniz

 

Buna da baxın

4 dəqiqəyə dümdüz qarına sahib ol – Video

Whatsapp ilə Paylaş Düz qarına sahib olmaq hər qadının arzusudur. Təbii ki, bunun üçün düzgün …