Əsas səhifə / Manşet / 7 günə 2 kq arıqladan badımcan diyeti
Bizi mobildən daha sürətli  izləyin

7 günə 2 kq arıqladan badımcan diyeti

7 günə 2 kq arıqladan badımcan diyeti

Xüsusən yay aylarında süfrələrimizdən əskik olmayan badımcan ləziz bir təam olmaqla yanaşı, həm də artıq yağları əridən bir qidadır.

Bir həftədə 2 kq arıqlamaq üçün badımcan diyetindən faydalana bilərsiniz. Qadinklubu.com-un təqdim etdiyi badımcan diyeti ilə ideal çəkinizə qovuşmaq olduqca asandır.

Badımcan suyunun hazırlanması və istifadəsi:

Badımcan suyunun hazırlaması olduqca asandır. Orta boy böyüklükdə bir badımcanı soyun və yaxşıca yuduqdan sonra kiçik kublar şəklində doğrayın. Daha sonra badımcanlara bir bankaya töküb üzərinə yarım litr su əlavə edin. Bir gecə gözlədin ki, yaxşı dəmlənsin. Az miqdarda təzə sıxılmış limon suyu əlavə edin.  Nahar və şam yeməklərindən əvvəl bu qarışımı için. Bir həftə fasiləsiz olaraq davam etsəniz, fərqi görəcəksiniz. Ayda bir dəfə bu pəhrizi saxlamaq sağlamlığınız üçün də faydalıdır. Çünki bu qarışım sadəcə qarın nahiyyəsindəki artıq yağları əritmir, eyni zamana bədəni təmizləyir. Gün ərzində meyvə-tərəvəz daha çox yeyin. Yağlı qidaları mümkün qədər azaldın. Gün ərzində yarım litr badımcan suyu için. Bu yeddi gün ərzinində normalda 2 kilo verə bilərsiniz. Ancaq unutmayın ki, hər kəsin maddələr mübadiləsi fərqlidir və kilo vermək adamdan adama fərqli ola  bilər.

 

 

Buna da baxın

Yaddaşsızlıq probleminiz varsa…

Whatsapp ilə Paylaş Şəhər həyatının gətirdiyi gündəlik gərginlik iş tempi, yorğunluq hissini və unutqanlığı artırdığı …