Əsas səhifə / Əsas menu / Gözəllik / 8 addımda daha gözəl ayaqlarla yaya başlayın
Bizi mobildən daha sürətli  izləyin

8 addımda daha gözəl ayaqlarla yaya başlayın

yay ayları üçün ayaqlara qulluq qaydalarıQışda corabların və qalın ayaqqabıların arasında sözün tam mənasıyla gün üzü görməyən ayaqlar üçün yaz demək-rahatlamaq demək.

Gözəl sandal və başmaqları könül rahatlığı geyə bilmək üçün ayaqlarınızı yaya hazırlamalısınız. Təbii ki, ayaqlarınız daha incə və gözəl görünməli və bunun üçün də qulluq edilməlidir. Qadinklubu.com sizlərə bir neçə ayaqlara qulluq qaydalarını təqdim edir.

Ayaqlarınızı nəmli saxlamayın

Əvvəlcə ayaqlarınızı hər gün ilıq su ilə yuyub, sabunlayaraq  soyuq suyla yenidən durulamaq lazımdır. Ayaqlarınızı yuduqdan sonra barmaq araları  daxil olmaqla  ayağınızı bir dəsmal ilə yaxşı quruladığınızdan əmin olun. Ayaqlarınızı nəmli saxlamaq göbələk meydana gəlməsinə səbəb olur.

Ölü dərilərdən xilas

İlk hədəfimiz qışda ayaqlarımızda yığılan ölü dərilərdən xilas olmaq. Bunun üçün iki yemək qaşığı zeytun yağı və ya Hindqozu hüceyrələrdən  xilas olacaq və nəfəs alacaq.

Ayaq vannasına  laqeyd yanaşmayın

Digər bir üsul isə ayaqlarınız üçün hazırlayacağınız bir təmizləyici ayaq vannasıdır. Ayaqlarınızı yuyayacağınız qabın yarısına qədər ilıq suya  1 su stəkanı  ağız yaxalama  suyu və yarım su stəkanı alma sirkəsi əlavə edin. Ayaqlarınızı bu suda 10 dəqiqə gözlədin və durulayın. Bu üsul göbələk və pis ayaq qoxusunun qarşısını alır.

Daban daşı əldə edin

Quru və çatlaq dabanlar  ən böyük düşmənimizdir. Bir daban daşı əldə edin! İlıq suyun altında xüsusilə dabanlarınıza daban  daşı ilə   masaj edərək sürtün. Duşdan sonra ayaqlarınızıyaxşıca qurudun və kremlə nəmləndirin. Nəmləndiricinizin barmaq aralarınızda qalmamasına  diqqət edin! Göbələk riskini artırmamaq üçün bu əhəmiyyətlidir.

Dırnaqlarınızı ağardın

Əgər dırnaqlarınız soğan qabığı rənginə dönübsə, bir qədər soda  və bir diş fırçası ilə dırnaqlarınızı ağardın .

Pis qoxulardan xilas olun

İsti yay günlərində günün yorğunluğunu atmağın ən asan yolu gözəl bir ayaq vannasıdır. İlıq bir suya 10 damcı lavanda yağı əlavəedərək, ayaqlarınızı bir neçə dəqiqəbu suda gözlədin. Lavanta yağı ayaqlarınızı rahatlaşdırarkən, pis qoxudan əsər qalmayacaq.

Dırnaq baxımınıza laqeyd yanaşmayın

Pedikür edərkən dırnaq ətlərinizi kəsməyin. Əvvəl ilıq suda ayaqlarınızı 10 dəqiqə gözlədin, daha sonra dırnaq ətlərinizi geriyə doğru çəkin və ən son dırnaqlarınızın kənarlarına peeling tətbiq edin. Dırnaq ətlərinizi kəsməyiniz dırnaqlarınızın iltihablanmasına və mikrob qapmasına səbəb ola bilər.

Ayaqlarınızı rəngləndirin

Ayaq baxımınızın sonunda ayaqlarınıza rəngli diqqət çəkən dırnaq boyası çəkin.

Buna da baxın

Yay ayları üçün ayaqlara qulluq

Whatsapp ilə Paylaş Qalın corabları və çəkmələri bir kənara atmaq vaxtı gəlib çatıb. Bəs ayaqlarınız yaya …