Əsas səhifə / Əsas menu / Sağlamlıq / 8 dəfə xərçəng riski var!
Bizi mobildən daha sürətli  izləyin

8 dəfə xərçəng riski var!

xaz8 dəfə xərçəng riski var!

Şərqdə son 25 ildə 1462 nəfərin yemək borusu xərçənginə tutulduğu müəyyənləşdirilib.

508-i əməliyyat edilib

Araşdırmalarda bu xəstələrdən 508-ini əməliyyat  edən Professor Doktor Ağayev, 50 – 70 yaş arasındakı xərçəng xəstələrinin 720-in qadın (49 faiz), 742-nin kişi (51 faiz) olduğunu qeyd edib. 2000-ci ildən əvvəl kişilərin yüzdə 58-də, qadınların isə yüzdə 42-də xərçəng görüldüyünü deyən Professor son 15 ildə qadın xəstələrinin sayının artdığını vurğulayıb.

İsti çay içməyin

İsti çay qəbulu yemək borusu xərçənginə yol açır. Həkimin sözlərinə görə, qadınlar çox çay içir, buna görə faizlər yüksəlir. Xanımların çoxu çay dəmlənəndən dərhal sonra içirlər. Bundan başqa, təzə tərəvəz və meyvənin kifayət qədər az qəbul etmələri qadınların daha tez bu xəstəliyə tutulmasına səbəb olur.

Mavi pendir (kifli) uzaq durun

Yemək borusu xərçənginə yol açan digər bir səbəblərdən biri də mavi pendir (kifli). Xalq arasında “antibiotik” təsiri olduğuna inanılan pendirin, karsinojen mikotoksin istehsal edən göbələkləri bazasında saxladığı və yemək borusuna yerləşdiyi bildirlir.

8 dəfə xərçəng riski var

İranda isti çay içməklə bağlı keçirilən bir araşdırmada məlum olub ki, isti çayı heç gözlmədən dərhal içilməsinin xərçəng riskini 8 qat artırır. Əslində çayın rahatlayıcı və faydalı bir içki olduğuna diqqət çəkən Doktor Ağayev, çayın soyudulub içilməsini tövsiyə edib.


Buna da baxın

Antiperspirantların təhlükəsi

Whatsapp ilə Paylaş İsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və …