Əsas səhifə / Manşet / A vitamini əskikliyinin əlamətləri və fəsadları
Bizi mobildən daha sürətli  izləyin

A vitamini əskikliyinin əlamətləri və fəsadları

Fruit and vegetable alphabet

Nə qədər A Vitamini qəbul edilməlidir?

“A vitamini hansı qidalarda vardır?” sualının cavabına keçməmişdən əvvəl hansı yaş qrupunun gündəlik nə qədər A vitamininə ehtiyacı olduğu haqqında qısaca məlumat verək.

0-6 ay arası körpələr gündəlik 400 mq,

7-12 ay arası gündəlik 500 mq,

1-3 yaş arası uşaq gündəlik 300 mq,

4-8 yaş arası uşaq gündəlik 400 mq,

9-13 yaş arası uşaq gündəlik 600 mq,

14 -18 yaş arası yeniyetmələr 900  mq (E), 700 mq (K),

19 yaşından böyük yetkinlər isə gündəlik 900 mq (E), 700 mq (K) A vitamini təklif edilməkdədir.

Hamiləlik dövründə gündəlik A vitamini ehtiyacı 770 mq, əmizdirmə dövründə isə 1300 mq olaraq təyin olunmuşdur.

Bu rəqəmlər Amerika Tibb İnstitutu tərəfindən təklif edilən rəqəmlərdir və hər hansı bir sağlamlıq problemi olmayan şəxslərə tövsiyə edilən A vitamini miqdarlarıdır.

A vitamini əskikliyinin ən sıx görülən əlamətləri aşağıdakılardır;

Gözlərdə dəyişikliklər: Gecə korluğu, az işıqda görmə problemləri, işıq dəyişmələrinə gözün yavaş reaksiya verməsi.

Gözün həddindən artıq quruması.

Epitelyar: epitel toxumada sərtləşmə. Göz, burun, sinus, orta qulaq, ağız, ağciyər, sidik yolu infeksiyalarında artım.

Dəri: Həddindən artıq dəri quruluğu.

Sümüklər: Sümüklərin və dişlərin zəifləməsi.

İnfeksiyalar: infeksiyalara qarşı bədənin zəifləməsi.

A vitamini əskikliyi  spirt istehlak edənlərdə, bağırsaq, mədə və ya digər həzm sistemi problemi olanlarda, pankreas narahatlığı olanlarda Gluten dözümsüzlük və Chron xəstəliyi olanlarda daha tez görülməkdədir.

A Vitamini çoxluğu

Tərəvəz yolu ilə alınan A vitamininin sağlamlıq probleminə gətirib çıxaracaq qədər çox olması olduqca nadir görülən bir vəziyyətdir. Ancaq A vitamini möhkəmlətməsi və ya nizamlı olaraq multivitamin istifadə etməklə həddindən artıq A vitamininə məruz qala bilərsiniz. Uzun müddət, gündəlik olaraq alınması tövsiyə edilən miqdardan daha çox A vitamini almaq qaraciyər problemlərinə, sümüklərin zəifləməsinə və doğum qüsurlarına səbəb ola bilər.

Nəticə olaraq A vitamini bədənimiz üçün kilid vəzifələri olan vitaminlərdən biridir. Əskiikliyi nadir olaraq rast gəlinir. Ancaq bu heç görülməyəcəyi mənasını verməz. A vitamini əskikliyinə bağlı əlamətlər müşahidə edirsinizsə həkimə müraciət edin. Çünki, A vitamini əskikliyinin erkən əlamətləri çox əhəmiyyətli narahatlıqlara səbəb olmaz ancaq uzun müddət davam edərsə, gecə korluğu, sümüklərin zəifləməsi başda olmaq üzrə ciddi problemlərə yol aça bilər.

Körpə və uşaqlarda isə inkişafın problemsiz davam etməsi üçün A vitamini qəbulu yaxından izlənilməlidir. Təbii bütün bunlar həkim məsləhəti olmadan  A vitamini möhkəmlətməsi üçün tədbir alına biləcək problemlər deyil. Əksinə həddindən artıq miqdarda A vitamini almaq da bəzi orqanlara zərər verir. Əhəmiyyətli olan sizin və uşağınızın nə qədər A vitamininə ehtiyacı olduğunu öyrənmək və bu rəqəmlərə uyğun olaraq qidalar yoluyla A vitamini almaqdır.

Et məhsullarından A vitamini almaq üçün omeqa yağ turşuları və zülal baxımından zəngin olan balıqları, tərəvəzlərdən almaq üçün digər vitamin və minerallar baxımından da zəngin sarı və narıncı rəngli tərəvəzləri istehlak edə bilərsiniz.

A vitamini dəri, diş, sümük və toxumaların qorunması üçün ən əhəmiyyətli  vitaminlər arasındadır. Eyni zamanda gözlərimizdəki retinada olan piqmentlərin istehsalında istifadə edildiyi üçün “retinol” olaraq da adlandırılır. A vitamini, alaqaranlıqda  görmə qabiliyyətini yaxşılaşdırır və ümumiyyətlə göz sağlamlığını qoruyur. “A vitamini hansı qidalarda var” suala tam olaraq cavab verə bilmək üçün A vitamini növləri haqqında bir az məlumat vermək lazımdır. Çünki A vitamini həm bitki mənşəli, həm də heyvani qidalarda fərqli şəkillərdə vardır. A vitamini “retinol” olaraq heyvani qidalardan alına bilər. Bəzi bitki mənşəli qidalara isə “karotenoid” olaraq bilinən komponentləri daxildir və bu komponentlər bədən tərəfindən A vitamininə çevrilə bilir.

A Vitamini və Göz Sağlamlığı

A vitamini, E və C vitaminləriylə birlikdə göz sağlamlığını qorumaq üçün əhəmiyyətli bir rol oynamaqdadır. A vitamini əskikliyinin ilk əlamətləri gecə korluğu, görmə pozuqluqları, göz quruluğu olaraq gözlərdə ortaya çıxa bilər. A vitamini həmçinin katarakt meydana gəlməsini riskini aşağı salmaq üçün əhəmiyyətlidir.

A Vitamini hansı qidalarda tapılar?

A vitamini heyvani və bitki mənşəli qidalarda tapılsa da  bəzi hallarda bitki mənşəli qaynaqlardan alınan “karotenoid” A vitamininə  çevrilməz ya da bədənin ehtiyacı olan miqdarda A vitaminini təmin etməz.  A vitamininə çevrilməyə mənfi təsir göstərə faktorlar;  spirtli içki istifadəsi, həzm sistemi problemləri, bəzi reseptli və reseptsiz dərmanlardır. Bu vəziyyətlərdən birini və ya bir neçəsini yaşayırsınızsa, bitkilərdən aldığınız karotenoid, nə qədər çox olursa olsun A vitamini ehtiyacını qarşılamayacaq. Belə bir vəziyyətdə həkiminizə məsləhətləşərək A vitamini möhkəmlətməsi və bəslənmə təklifi ala bilərsiniz.

Aşağıdakı siyahılarda A vitamini baxımından zəngin bəzi bitki mənşəli və heyvani qidaları tapa bilərsiniz.

A Vitamini ilə zəngin olan qidalar.

  • şirin kartof
  • kök
  • İspanaq
  • Kahı
  • Pazı
  • balqabaq
  • xardal bitkisi
  • mərci
  • qovun
  • qırmızı bibər
  • pomidor
  • kəvər
  • qreypfrut
  • noxud
  • qulançar
  • qarpız
  • yaşıl paxla
  • ərik
  • kələm
  • cəfəri
  • brokoli

A Vitamini zəngin olan heyvani qidalar

 

  • ciyər əzməsi
  • keçi südü
  • inək südü
  • kravetka
  • yumurta
  • somon balığı
  • pendir
  • qatıq
  • toyuq

A Vitamini Əskikliyi

Əksəriyyətin gündəlik qidalanmasında qəbul etdiyi  qidalarda kifayət qədər A vitamini olduğu üçün “A vitamini əskikliyi” sıx görülən bir vəziyyət deyil. Ancaq xüsusilə A vitamini ehtiyacının yüksək olduğu körpəlik, hamiləlik və əmizdirmə dövründə  olduqca əhəmiyyətlidir. Kifayət qədər ana südü ala bilməyən körpələrdə A vitamini əskikliyinə bağlı bəzi əlamətlər görülə bilər. Uzun  müddətli  A vitamini əskikliyi qandakı dəmir səviyyəsinin düşməsinə də yol aça bilər. Bunun nəticəsi olaraq dəmir əksikliyi anemiyası yaşana bilər.

 

 

Buna da baxın

Konservləşdirilmə

Whatsapp ilə Paylaş Кonservləşdirmə – müxtəlif ərzaqların uzun müddət saxlanılması üçün hazırlanmasıdır. Un, yarma, maкaron, …