Əsas səhifə / Manşet / Acılı əzmə
Bizi mobildən daha sürətli  izləyin

Acılı əzmə

acılıəzmə

Bu əzməyi yaz tərəvəzləri ilə etsəniz, çox ləzzətli olar. Yazda və ya da qışa saxlayaraq istifadə edə bilərsiniz.

Tərkibi:

3 kq qırmızı bibər
1 kq yaşıl bibər
3 kq pomidor
1 dəstə cəfəri
1 baş sarımsaq
1 çay stəkanı maye yağ
2 yemək qaşığı duz
zövqə görə acı bibər
pulbibər və ya toz qırmızı bibər (əgər kifayət qədər acı bibər yoxdursa)

Hazırlanması:

Bütün ərzaqları yuyun. İstiotların toxumlarını təmizləyin. Belnderdə bütün ərzaqlar hissə-hissə üyüdün (və ya ətçəkən maşından keçirin). Bütün ərzaqlar hazır olduqdan sonra bir qazana əlavə edərək ağzı çıq şəkildə qaynadılır. Bu vaxt 1 çay stəkanı maye yağ da əlavə olunur. Qazanda suyunu çəkənə qədər bişirilir (3-4 barmaq qədər səviyyəsi aşağı enənə qədər qaynadılır). Duz və istəyə görə pul bibər (əgər acı bibəriyə yoxsa) əlavə edilə bilərsiniz. Acı miqdarını özünüzə görə təyin edə bilərsiniz. Suyunu çəkdikdən sonra isti halda strelizə edilmiş şüşə qablara doldurularaq ağzı hava çəkməyəcək şəkildə möhkəm bağlanır. Tərs çevrilərək soyuyana qədər gözlənilir və sərin bir rəfdə saxlanılır. Açıldıqdan sonra 3-4 gün ərzində soyuducuda saxlanıla bilər.
Qeyd edək ki, bu ölçüyə görə 5 qab əldə edilir (1 kq-lıq qablarda)

Nuş olsun …

Buna da baxın

Boyanalı çolpa

Whatsapp ilə Paylaş Tərkibi: Kənd çolpası – 1 ədəd Boyana otu – 1 dəstə Düyü …