Əsas səhifə / Manşet / Acılı əzmənin hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Acılı əzmənin hazırlanması

Tərkibi:

  • 1 ədəd soğan
  • 4 ədəd pomidor
  • 3-4 ədəd acı istiot
  • 15-20 yarpaq nanə
  • 8-10 kol cəfəri
  • 1 qaşıq acı istiotlu ketçup
  • 2 yemək qaşığı zeytun yağı
  • 2 yemək qaşığı narşərab
  • 2 yemək qaşığı limon suyu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı sumaq
  • 1 çay qaşığı üyüdülmüş istiot
  • 2 diş sarımsaq

Hazırlanması:

Pomidorları sürtgəcdən keçirin.  Soğanı kiçik hissələrə ayırıb sarımsaqla birlikdə doğrayıcıda xırdalayın. Əldə etdiyiniz qatışımı pomidorların üzərinə əlavə edin. Daha sonra istiotları da doğrayıcıda xırdalayın. Nanə və cəfərini də eyni qayda ilə xırdalayaraq,pomidora əlavə edirik. Başqa bir qabda istiotlu ketçap, duru yağ, zeytun yağı və narşərabı qarışdıraraq, əvvəlcə hazırladığımız qatışıma əlavə edirik. Üzərinə üyüdülmüş istiot, duz və sumağı əlavə edirik.

Nuş olsun!

Buna da baxın

Ballı və zeytun yağlı nəmləndirici üz maskası

Whatsapp ilə Paylaş Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman …