Əsas səhifə / Əsas menu / Sağlamlıq / Acılı sevənlərin ömrü uzun olur
Bizi mobildən daha sürətli  izləyin

Acılı sevənlərin ömrü uzun olur

s

Beynəlxalq elm adamlarından ibarət bir qrup Çində təxminən 500 min adam arasında araşdırma aparıb.

Araşdırmaya görə hər gün acılı yemək yeyənlər digərlərinə nisbətən daha uzun yaşayırlar.

Araşdırma qrupunun yeddi il davam edən müşahidələrinin sonunda hazırlanan elmi araşdırma “British Medical Journal” ( BMJ ) jurnalında nəşr olunub. Məqalədə acı sevənlərin daha az ölüm riskinin olduğu qeyd edilib. Ürək, qan dövranı xəstəlikləri, xərçəng və tənəffüs yolu xəstəlikləri acı sevən insanlarda 14 faiz az müşahidə edilib.

Mütəxəsislərin fikrincə bibərin acı olmasını təmin edən “kapsaisin”nin, krebs hüceyrələrinin meydana gəlməsini önləyir, ürək, qan dövranı və həzm sistemini qoruyur. Ədviyyatın antibakterial xüsusiyyətinə diqqəti çəkən elm adamları, araşdırma zamanı hər hansı bir infeksiya ilə həyatını itirənlər sayının olduqca az olduğunu qeyd ediblər.

Buna da baxın

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Whatsapp ilə Paylaş Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan …