Əsas səhifə / Manşet / ADAcayinin faydalari.
Bizi mobildən daha sürətli  izləyin

ADAcayinin faydalari.

Yabani-AdaçayıADAcayinin faydalari.

Dəri qızartılarının müalicəsi
Adaçayı dəridə qızartı yaradan dəri xəstəliklərə müsbət təsir edir. Aparılan araşdırmalara görə, adaçayı yağından dəri səthində istifadə edildiyi zaman hidrokortizona oxşar təsir yaradır və dəri qızartılarını aradan götürür.

Kəpəyin müalicəsi
Kəpək problemi olan saç dərisinə adaçayı yağı ilə nizamlı olaraq masaj etmək kəpəyin meydana gəlməsini əhəmiyyətli ölçüdə azaldır. Bundan başqa, gündəlik şampununuza bir neçə damcı adaçayı əlavə edərək kəpəyin müalicəsində istifadə edə bilərsiniz.

Qaşıntılı dəri xəstəlikləri
Ekzema, göbələk və digər bu kimi qaşıntılı xəstəliklərin əlamətlərini yüngülləşdirmək üçün adaçayı yağından istifadə edə bilərik. Dəri üçün olan bir çox krem, dezodorant və şampunlarda istifadə edilən adaçayı yağı eyni zamanda ağcaqanadları qovmaq üçün təsirlidir.

Civzələrin müalicəsi
Civzələrin müalicəsi üçün bir neçə adaçayı yarpağını qaynatdıqdan sonra suyunu soyudub üzünüzü yuyarkən istifadə edə bilərsiniz. Adaçayı civzəli dərilər üçün təsirli bir sakitləşdiricidir.

Sellülitin müalicəsi
Sellülit olan nahiyələrə adaçayı yağı ilə nizamlı masaj etmək qan dövranını artıraraq toksinlərin atılmasına və sellülitlərin azalmasına kömək edər.

Dərinin ümumi görünüşünün bərpa edilməsi
Adaçayı bitkisi dəri üçün faydalı olan kalsium mineralları və A vitamini baxımından zəngindir. Bu xüsusiyyəti ilə yeni dəri hüceyrəsinin əmələ gəlməsinə kömək edir, mövcud hüceyrələri qoruyaraq qırışların əmələ gəlmə prosesini ləngidir.

Buna da baxın

Meyvə qabıqları üz dərisinə xeyirdir

Whatsapp ilə Paylaş  Meyvələrin zibillliyə atdığımız qabıqları dəri və saç üçün faydalıdır. Meyvə qabıqları stres, …