Əsas səhifə / Əsas menu / Pəhriz / Adi su necə içiləndə qarındakı piyləri əridir
Bizi mobildən daha sürətli  izləyin

Adi su necə içiləndə qarındakı piyləri əridir

Adi su necə içiləndə qarındakı piyləri əridir

Woman Drinking Water from a Glass

Artıq çəki hamının başının bəlasıdır. Bədənin hansı bölgəsində olursa-olsun, artıq çəki xoşa gələn deyil. Heç bir yerdə də gözəl görünmür, amma elə bir yer vardır ki, burada toplanan yağlar digər yerlərdən daha təhlükəlidir. Həm görüntü baxımından, həm də səhiyyə prizmasında qarın bölgəsindəki yağlar çox pis görünür. Bu hal qadınları daha çox narahat edir. Göbək nahiyəsində toplanan yağlar qarnımızın içinə qədər girir və daxili orqanlarımıza zərər verir.

Göbək qalınlığının müəyyən bir standartı var. 70-93 sm qarın ətrafı normal, 94-101 sm risk, 102 sm və yuxarı göbək ətrafı yüksək risk deməkdir. Bu qədər risk daşıyan göbək yağlarından həyatımızı daha çox təhlükəyə salmadan xilas olmaq lazımdır.

Bədəninizin daha çox kalori yandırmasına yardımçı olmaq üçün buz kimi soyuq su için. Soyuq su qarın yağlarını əritmək üçün ən yaxşı içkidir. Kalorisi 0-dır, mədənizdə doyma hissinə səbəb olur və orqanizm soyuq suyu qızdırmaq üçün enerji sərf edir, bunun sonunda kalori yandırma baş verir.

Alman alimləri apardıqları təcrübə müddətində gündə 2 stəkan soyuq su içən şəxsdə metabolizm prosesinin ən az 30 faiz artdığını müşahidə etmişlər. Xüsusilə, ac qarnına soyuq içmək daha təsirli üsuldur, bu, sizə həm toxluq hissi verir, həm də mədə boş olarkən yağ hüceyrələrini parçalamaq daha asandır.


Buna da baxın

Arıqlamağın asan üsulu-detoks içkisi

Whatsapp ilə Paylaş   Tərkibi: 1 litr su 1 limon 10 nanə yarpağı 1 xiyar …