Əsas səhifə / Əsas menu / Xəbər / Adının baş hərfinə görə xarakterini öyrən
Bizi mobildən daha sürətli  izləyin

Adının baş hərfinə görə xarakterini öyrən

uiAdının baş hərfinə görə xarakterini öyrən

Əziz oxucular ada görə xarakter analizi və eşq uyğunlaşması edə biləcəyinizi bilirsinizmi?

A: Sürətli və hərəkətli olmağı sevdikləri üçün eşqbazlıq mərhələsini dərhal sovuşdurub əlaqə yaşamaq istəyərlər. Yoldaşlarının çox cazibədar olmasını əhəmiyyət verərlər. Ehtiras və şəhvət onlar üçün ön plandadır, romantik mərhələləri dərhal birlikdəliyə çevirmək istəyirlər.

B: Romantik mahnılar dinləmək, şam və tütsü yandırıb birlikdə dincliyi hiss etmək, ay işığında gəzmək istəyirlər … Sürpriz hədiyyələrdən xoşlanarlar və duyğularını ustalıqla ifadə edərlər.

C: Sevgilisinin həmişə yanında olmasını istəyir, hara gedərsə götürmək istəyəcək qədər flörtü sevər. Əlbəttə bu yaxın olma istəyinin ardından cinsi istəyinin yüksəkliyi vardır.

Ç: Gəzmək, yeni yerlər kəşf etmək, yeni insanlarla tanış olmaq, hit məkanlarda boy göstərmək … Onlar sosyallığı çox sevər və eşqbazlıq etməkdən xoşlanarlar.

D: Əldə etmək istədikləri hər nəysə gözlərini qaraldar və onun yolundan gedərlər. Əgər həmişə sizinlə maraqlanmasını istəyirsinizsə, sizi bir layihə kimi görməsini təmin edin və əyləncəni izləyin.

E: Cinsi istəkləri çox yüksəkdir amma həssasdır; iş yerində yaşanan kiçik bir mübahisə belə libidosunu mənfi istiqamətdə təsir edə bilir. Bəlkə siz, onun bu istiqamətdə inkişafı üçün köməkçi ola bilərsiniz.

F: Kənardan baxanda çoxbilmiş və nümayişə maraqlı olduğunu düşünə bilərsiniz amma içərisində qızıl kimi ürəyi var. Səbirli olub, daxili dünyasını açmasına icazə verdiyinizdə sizi xoşbəxtlikdən havalara uçura bilər.

G: Cinsiliyi yalnız fiziki olaraq görməzlər, ruhi bütünlüyə əhəmiyyət verirlər. Erotik masaj, təhrikedici danışıqlarla əvvəl ruhunuzu tavlayar, sonrasında birlikdə mərhələsinə keçərlər.

H: Özündən daha bilikli, mədəni insanlarla birlikdə olub inkişaf etmək, böyümək istəyirlər. Buna görə, üzərinizə maraq çəkmək istəyirsinizsə davamlı öyrənən, bilən və öyrədən bir adam olmağınız çox əhəmiyyətlidir.

I-İ: Olduqca romantikdir amma rədd edilməkdən qorxduğu üçün duyğularını açıqlamaqdan çekinir. Əvvəlcə sizdən eşitmək, sevildiyindən əmin olmaq istəyir … Eqoist olduğunu düşünməyin, onun içində sevilmək istəyən kiçik bir uşaq var.

J: Bədənsəl çox güclüdür, cinsi istəkləri çox yüksəkdir! Hər dəfə sizi ovsunlamaq və tovlamaq istəyirlər.

K: Duyğularını içində yaşayır, kənara bildirmək istəmir … Ancaq onu həqiqətən tanımasını istədiyi insana ruhunun qapılarını açar. Əgər səbirli olsanız, onun nə qədər şəhvətli olduğunu görəcəksiniz. Ayrıca, sədaqətə çox əhəmiyyət verirlər.

L: Aşiq olmağa aşiqdirlər, duyğularını coşğuyla yaşayar və sevməyə dəyər verirlər. Sizi göylərə çıxarıb, orada unutma potensialları yüksəkdir; yəni bir az güvən problemi yaşaya bilərsiniz.

M: Güvəndikləri insan üçün özlərini tamamilə əlaqəyə həsr edərlər və varını yoxunu ortaya qoyar . Ancaq romantik olduqları üçün tez inciyirlər.

N: Siz onların günahsız və utancaq göründüklərini baxmayın: içlərində pələng yaşadırlar! Cinsəlliklə müdhiş qabiliyyətli olduqlarını və monotonluğa düşməndən sizi xoşbəxt edəcəklərindən əmin ola bilərsiniz.

O: Cinsəllik, onlar üçün birinci plandadır.

Ö: Rədd edilmə qorxuları olduğu üçün sizə yaxınlıq göstərmələri və ya çıxma təklif etmələri olduqca çətindir. Əgər ondan yüngül bir tərpəniş görürsünüzsə, ilk addımı siz atın və qorxmayın: qarşılıq verəcək.

P: İnsanların onu necə gördüklərini çox əhəmiyyət verər. Buna görə öz görünüşü qədər yanında daşıdığı insanın görünüşü də əhəmiyyətlidir. Birlikdə olduğu insanın həm qəşəng həm ağıllı olmasını istəyər.

R: Onlar özlərini çox bəyənir. Hər şeyin ən yaxşısını, ən gözəlini bildikləri üçün həyatda da bunları istəyərlər. Marağı üzərinizdə tutmaq istəyirsinizsə əgər, onun qədər ağıllı, onun qədər təşəbbüskar olmalısınız.

S: Söhbət etməyi sevirlər amma bildiyiniz kimi deyil: sevişərkən belə! Danışma xüsusiyyətləri, yaxşı ünsiyyət qurmağı da təmin edir. Döyüşləri şiddətlə deyil sözlərlə həll edirlər.

Ş: Nəzarət və nizama çox əhəmiyyət verirlər. Əşyaları həmişə eyni yerdə dursun, axtardıqlarını dərhal tapmaq istəyərlər; bu görə uyğun bir yoldaş olmaq istəyirsinizsə siz də nizamlı olmalısınız.

T: Dominant görünüşlü gerçək bir romantikdir. Necə bu qədər daş ürəkli olur dediyiniz anda ürəyinin pambıq kimi olduğunu göstərir sizə və bir daha aşiq olursunuz. Ancaq diqqət: çox romantik olduqları üçün sizdən də eyni şəkildə rəftar gözləyirlər.

U: Sevgilisini hər şeyin üstündə tutacaq qədər eşqə və sevgiyə dəyər verir. Ancaq, sizdən də qarşılığını gözləyir. Əgər, onunla görüşmək və ya iş yeməyinə qatılmaq kimi iki variant arasında qalmısınızsa, mütləq onu seçməlisiniz.

Ü: Cinsəllik onlar üçün təməl bir ehtiyac kimidir. Əgər yatağınızda xoşbəxt deyilsə, yanınızda da xoşbəxt olmaz.

V: Fərdilik və azadlıq onlar üçün əhəmiyyətlidir, tam sizə bağlandığını düşündüyünüz anlarda belə getməyə hazırdırlarMüvəffəqiyyətli və təcrübəli insanlardan xoşları gəlir, araşdırmaq istəyirlər.

Y: təsdiqlənmə ehtiyacı çox yüksəkdir, buna görə ən sadə bir təmir işini etdiyində belə Amerikanı kəşf etmiş qədər maraq göstərməli və təbrik etməlisini.

Z: Problemlərinizi dinləyər, həll tapmaq üçün səy göstərır, səbirlidir … Yəni ideal yoldaş olduğunu düşünə bilərsiniz amma diqqət: melanxolik bir quruluşu vardır, ən xoşbəxt olduğunuz zamanlarda belə döyüş çıxarıb dincliyi qaçıra bilər. Lakin qorxmayın, tək məqsədi əlaqənin ehtirasını canlı tutmaqdır.


Buna da baxın

Gündəlik vərdişlərimizin planetimizə verdiyi zərərlər

Whatsapp ilə PaylaşGündəlik etdiyimiz bəzi hərəkətlərə o qədər öyrəşmişik ki, bunların dünyaya zərər verdiyi heç …